“Erməni gənclər asanlıqla idarə olunan siyasi alətə çevrilir” Narine Dilbaryan

“Erməni gənclər asanlıqla idarə olunan siyasi alətə çevrilir” Narine Dilbaryan

Müxalif “İrs” partiyasının üzvü Narine Dilbaryan 18 yaşına çatmamış gənclərin siyasi proseslərdə rəsmi şəkildə iştirak etmələri üçün qanuni səsvermə yaşının azaldılması ilə bağlı bir qanun təklifindən narahatlığını ifadə edib. SİA Ermənistana məxsus tert.am-a istinadən xəbər verir ki, bu bardə Dilbaryan verdiyi müsahibədə bildirib.

Siyasətçi, 16-17 yaşlarında olan yeniyetmələrin asanlıqla "idarə olunduğunu" qeyd edərək, hərəkətə keçmək üçün heç bir əsas olmadığını söyləyib.

“Bəzən bu cür vasitələrdən pis məqsədlər üçün istifadə edilə bilər. Küçələrin tıxanması kortəbii bir hərəkatdir. Yetkinlər siyasi bir vasitə olmağa inandırılmamalıdırlar. Asan idarə olunan elektorata ehtiyacımız yoxdur, bizə şüurlu insanlar lazımdır", deyə Dilbaryan bəyan edib.

Dilbaryan, səslərin sayılması sistemi ilə sıx bağlı olan siyasi müxtəlifliyin təmin edilməsi və qohumluq praktikasının aradan qaldırılması baxımından islahatların zəruri olduğunu qəbul edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə