Ötən gün Liviya üsyançılarının maliyyələşdirilməsi üçün fondun yaradılmasına qərar verilib. SİA-nın xəbərinə görə, qərar Liviya üzrə Əlaqələndirici Qrupun İtaliyada keçirilən toplantısında qəbul olunub. Müvəqqəti fonda ilk olaraq Küveyt, 180 milyon dollar bəxş edib. Eyni zamanda isə Fransa Liviyanın yeni yaranan Milli Şurasını tanıyıb. Şura ölkənin müvəqqəti hökumətinin funksiyalarını icra edir.
Fevralın 27-də yaradılan Liviya Milli Şurasında ölkə müxalifətinin 30 təmsilçisi birləşir. Onların sırasında həbçilərlə yanaşı, müxtəlif sosial sinifləri və etnik qrupları təmsil edən mülki şəxslər də var. Müvəqqəti hökümətə Qəddafi rejimindən azad edilmiş ərazilərdə həyatı normal axarına qaytarmaq tapşırılıb. Bundan başqa, hökümət üç ay ərzində ümumi seçkilərə də hazırlıq görməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB