Rəzil və çirkin rolların oyunçuları…. - TƏHLİL

Rəzil və çirkin rolların oyunçuları…. - TƏHLİL

Yaxud satqınlar yuvası olan “Milli Şura”-nın məqsədi…

Özünü “demokratik qüvvələrin” “Milli Şura”sı adlandıran qurumun ardıcıl olaraq keçirdikləri şou “iclasları” ancaq qeybət formatında davam etdirməklə günlərini başa vururlar. Və bununla da, guya siyasi meydanda “siyasi fəaliyyət” göstərdiklərini bildirirlər. Pandemiya başlayandan bu günə qədər də dəfələrlə videokonfrans keçirən «Milli Şura» müxtəlif proseslərə reaksiya verərkən Azərbaycanın zəifləməsini və inkişafdan geri qalmasını istədiklərini bəyan edirlər. “Xalq yanğısı” adı altında bu çirkablı qurum dünya bazarlarında neftin qiyməti ucuzlaşanda onlar sevindilər, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin uzadıldı, onu sevinclə qarşıladılar, işğalçı düşmən ölkə tərəfindən təxribatlar etdi əl götürüb oynadılar və daha nələr, nələr… Onlar düşünürlər ki, belə olduğu təqdirdə sanki onların xeyirinə nələrsə dəyişəcək. Ancaq onlar unudurlar ki, Azərbaycan hökuməti və dövləti pandemiya başlayan gündən xalqın sağlığını düşünərək, bütün gücünü səfərbər edib.

Bu xəstə təxəyyüllü deməqoq yuvasının iylənmiş sakinləri anelamırlar ki, karantin rejimin uzadılmasında ancaq bir məqsəd var, vətəndaşların sağlamlığını qorumaq. Və vətəndaşlarımız karantin qaydalarına bu günə kimi riayət etdikləri kimi yenə də qaydalara əməl edəcəklər və müsbət dinamika davam edəcək, avqustun 31-dən sonra bu uzadılma baş verməyəcək, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi satqınların istəkləri də, sevincləri də ürəyində qalacaq. Çünki Azərbaycan dövləri çox güclü dövlətdir. Bizim gücümüz çatır ki, istənilən ağır şəraitdə xalqımızı, dövlətimizi qoruyaq, necə ki, bu günə kimi bu edilib, bundan sonra da ediləcək.

Rəhim Qəmbərov: “Onlar dövlətimizin imicinə kölgə salmaq istəyidir"

“Dövlətin koronavirusla mübarizə apardığı və hətta müxalifət partiya rəhbərlərinin də bu mübarizədə iqtidara dəstək olduğu bir vaxtda düşmən dəyirmanına su tökən bəzi "sapı özümüzdən olan balta"lar öz çirkin əməllərindən əl çəkmirlər. Onlar ölkədə yaranmış gərginliyə siyasi don geyindirməklə dövlətimizin imicinə kölgə salmaq istəyrlər”.

Bunu Müasir Müsavat Partiyasının Nərimanov rayon təşkilatının sədri Rəhim Qəmbərov bildirərək onu da deyib ki, təbii olaraq koronavirus təhlükəsi, karantin rejimi insanları yorur, psixolojisini pozur: “Kimin nə problemi varsa sanki karantin rejimi olduğu bir vaxtda qalıbmış kimi məhz bu ərəfələrdə narazılıq etməyə başlayıblar. Bir-iki adını müxalifət qoymuş adamlar da onları danışdırıb çəkir, sonra sosial şəbəkələrdə yayırlar ki, bəs dövlət başçısı öz vətəndaşının qayğısına qalmır. Soruşuram, necə qalmır ki, az qala bütün xəstəxanaları koronavirus xəstələri üçün ayrılmasına göstəriş verir, xüsusi xəstəxanalar açdırır, imkansız insanları dövlət yardımı ilə təmin edir? Bu qədər də insafsızlıq, naşükürlük olmaz axı. Dövlət öz vətəndaşlarını bu pandemiya bəlasından az itkiylə çıxarmaq istəyir. Buna görə vacib bilinən bütün tədbirləri görür. Bəs insanlarımız neyniyir? Nə tibbi qaydalara əməl edirlər, nə də karantin qadağalarına”.

R.Qəmbərovun sözlərinə görə, bu azmış kimi burdakı havadarlarının sayəsində xaricdə sığınacaq tapıb oradan Azərbaycan əleyhinə çıxışlar edən bir neçə dələduz da bir tərəfdən insanları çaşdırır: “Milli Şura” deyilən guya bir qurum var, özü bura yığışanların hamısı ağıldankəm. Belə olan halda bu ağıldankəmlərin utanmadan guya "problem" həll etdiklərini bildirirlər. Bu adamlar (adam demək mümkünsə) öz davranışlarındakı, danışıqlarındakı anormallığı nümayiş etdirməkdən başqa heç nə etmədikləri halda, hansı problem həll edəcəklər. Bu yerdə bir atalar sözünü xatırlatmaq istərdim "keçəl dərman bilsə…”.

Göründüyü kimi, öz xalqına, millətinə, vətəndaşına, dövlətinə bundan da artıq düşmən kəsilmək olarmı? Xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!!

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə