İrəvanda Amulsar müdafiəçilərinin geniş mitinqi başlayır və Jermuk, eləcə də ətraf icmaların sakinləri avqustun 20-də İrəvana maşınlarla gəliblər, İrəvandan bir qrup ekoloq Azadlıq Meydanına toplaşıb və onlar da aksiyaya qoşulacaqdır. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Amulsarın müdafiəçiləri bəyan ediblər.
Məlumatda qeyd olunur ki, Amulsarın müdafiəçiləri bunun dinc vətəndaş itaətsizliyinin böyük bir zəncirinin başlanğıcı olduğunu elan edilbər.
"Amulsar mədəninin istismarına qadağa qoyulmasının bir çox səbəbi var. Baş nazir açıq şəkildə vəd etdi ki, monitorinq nəticələri qərar qəbul etmək üçün əsas olacaqdır. Verilən vədlərin yerinə yetirmə vaxtı çatıb", deyə müdafiəçilərin açıqlamasında bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB