Böyük Britaniya seçki sistemində dəyişikliyə hazırlaşır

Böyük Britaniya seçki sistemində dəyişikliyə hazırlaşır

Böyük Britaniyada seçki sistemində islahatlarla bağlı ötən gün keçirilən referendumun nəticələri bu gün elan ediləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, referendumun keçirilməsi hazırki hökumətdə mühafizəkarlarla birlikdə koalisiya formalaşdıran Liberal-demokratların əsas şərtlərindən biri olub. Liberallar seçki sistemində dəyişiklik edilməsi ilə Böyük Britaniya parlamentinin İcmalar Palatasındakı nümayəndələrinin sayını artırmağa ümid edir.

 

Qeyd edək ki, britaniyalılara parlament seçkilərində majoritar prinsipdən alternativ səsverməyə keçid təklif olunurdu. Xatırladaq ki, sonuncu dəfə ölkədə referendum 1975-ci ildə, ölkənin Avropa Birliyinə üzv olmasına dair keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə