ABŞ etibarlı enerji təchizatçısı rolunu inkişaf etdirən Azərbaycana öz dəstəyini verməyə hazırdır - Örl Litzenberger

ABŞ etibarlı enerji təchizatçısı rolunu inkişaf etdirən Azərbaycana öz dəstəyini verməyə hazırdır - Örl Litzenberger

Amerika Birləşmiş Ştatları (ABŞ) dünyada etibarlı enerji təchizatçısı rolunu inkişaf etdirən Azərbaycana öz dəstəyini verməyə hazırdır.

SİA xəbər verir ki, bu sözləri ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger “2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumu”nda deyib.

Onun sözlərinə görə, enerji sektorunun inkişafı Azərbaycanın transformasiyasını təmin edib və dövlətin liderləri və siyasətçiləri mürəkkəb coğrafi və enerji mühitində fəaliyyət göstərərək hazırkı uğuru əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə