“Bu günlərdə qondarma rejimin rəhbərinin Gəncəni hədəf seçərək sərsəm bəyanat verməsi daxili təlatümdən yaranan bir haldır. Çünki düşmən yaxşı bilir ki, bunun üçün onların elə bir potensialları yoxdur. Eyni zamanda Azərbaycan müasir havadan müdafiə sistemləri ilə təmin edilib”. Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, dövlətimizin təhlükəsizliyi hər hansı oyuncaq qurumların hədəfi olacaq səviyyədə deyil: “Azərbaycan regionda güc və söz sahibidir. Hansısa bir oyuncaq və qondarma qrumun rəhbərinin ölkəmizin strateji obyektlərini və şəhərlərini hədəf alaraq daxili auditoryaya hesablanmış isterik bəyanatlar verməsi isə heç bir məntiqə sığmır. Bu adamlar düşünmürmü ki, Qafqazın ən böyük hərbi güc mərkəzi Azərbaycandır”.
C.Osmanov bildirib ki, bu cür axmaq təşəbbüs belə onlar üçün hansı fəlakətlərə səbəb ola bilər, bunu sözsüz bilməmiş deyillər: “Sadəcə olaraq düşmən tərəfi son zamanlar regionda və beynəlxalq müstəvidə düşdükləri çətin psixoloji durumdan çıxış yolları axtarırlar. Bu çıxış yolu isə onların işğal etdikləri Azərbaycan torpaqlarından qeyi-şərtsiz çıxmaları müqabilində mümkün ola bilər. Çünki bu gün Ermənistan iqtisasi-siyasi müstəvidə blokada vəziyyətindədir. Pandemiyanın isə erməni cəmiyyətinə təsirlərindən danışmağa ehtiyac yoxdur. Siyasi oyunlarla insanların etirazını başqa səmtə yönəltməyə çalışan Ermənistan rəhbərliyi artıq nə danışdıqlarının belə fərqində deyillər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB