Nazir: “Gizli zənglərlə bağlı tənzimləyici sənəd işləyib hazırlayacağıq”
"Operatorlarda konturdan manata keçmənin abunəçilər üçün əsas üstünlüyü qiymətlərin aşağı düşməsidir. Bu artıq başlayıb və yaxın vaxtlarda bunun nəticəsini gözləyirik". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, Azərbaycan bu gün informasiya-texnologiyaları sahəsində məsul və xidmətlərin ixrac potensialını gücləndirmək üçün xüsusi rejim haqqında normativ sənədlər hazırlanır. Onun sözlərinə görə, müəyyən qanunun qəbulundan sonra gələcək illərdə informasiya texnologiyaları üzrə ixrac potensialının güclənməsi gözlənilir.
Bu gün texnoparkların yaranmasına münasibət bildirən nazir qeyd edib ki, aparılan işlər əsas ona yönəlib ki, belə parklarda istehsal olunan məhsullar üçün xüsusi güzəştlər olunsun. Onun sözlərinə görə, bu gün Azərbaycanda MDB ölkələri içərisində ilk dəfə elektronlaşma, rəqəmsallaşma tamamilə başa çatıb. O vurğulayıb ki, texnoloji olaraq Azərbaycan telekomunikasiya sistemləri bugün ən müasir vəziyyətə gətirilib və bu ilin sonuna kimi bu işlər tamailə başa çatdırılacaq.
Peykin orbitə çıxarılması məsələsinə gəlincə, nazir qeyd edib ki, proqram üzrə işlər gedir və 2012-ci ilin IV rübündə Azərbaycan ilk peykini orbitə çıxaracaq. Digər tipli peyklərin də hazırlanması üçün işlərin aparıldığını deyən Ə.Abbasov vurğulayıb ki, dövlət proqramına uyğun olaraq Azərbaycanı gələcəkdə kosmik bir ölkəyə çevirmək üçün bütün işlər davam etdirilir.
Rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, nazirliyə gizli telefon nömrələri ilə bağlı çoxlu müraciətlər və şikayətlər daxil olub: "Bəzən bu gizli nömrələrdən istifadə edərək digər abunəçilərə narahatlıq da yaradırlar. Tənzimləyici orqan kimi nazirliyin belə hallara qarşı mübarizə aparmaq üçün müəyyən səlahiyyətləri var. Bu istiqamətdə müəyyən tədbirlər hazırlanır. Amma bu, elə olmalıdır ki, mobil operatorların kommersiya fəaliyyətinə mənfi təsir göstərməsin. Bu narahatçılıq var. Biz də hesab edirik ki, gizli nömrələrdən zəng etmək düzgün deyil. Gizli nömrələrin zəngindən narazı qalan abunəçilər öz hüquqlarını qanunla və məhkəmə yolu ilə müdafiə edə bilərlər. Amma bu proses ağır olduğu üçün yəqin ki, gizli nömrələrlə bağlı inzibati tədbirlər çərçivəsində hansısa bir tənzimləyici sənəd işləyib hazırlayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB