Ermənistan MTX-də yeni talançılıq faktı

Ermənistan MTX-də yeni talançılıq faktı

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbərliyi dəyişdirildikdən sonra bu güc strukturu daxilindəki problemlər hələ də aradan qaldırılmır. SİA lragir.am saytına istinadən xəbər verir ki, bu dəfə “Milli metrologiya institutu”nun vəzifəli şəxslərinin qurumdan vəsaitlər oğurlamaları barədə faktlar üzə çıxıb.

Bəlli olub ki, institutun rəhbərliyi 2010-2018-ci illər ərzində 27 nəfər əməkdaşı işçi kimi qeydiyyata alaraq onlara əmək kitabçası verib və maaşlarını mənimsəyib.

“Ümumilikdə dövlət büdcəsindən 59 milyon dram (123 min dollara yaxın) oğurlanıb”, deyə bildirilən məlumatda faktla bağlı cinayət işinin açıldığı da qeyd olunub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə