Azərbaycan ən çox zirehli maşınları Ukraynadan alıb

Azərbaycan ən çox zirehli maşınları Ukraynadan alıb

Dünyanın zirehli maşın ixracatçılarının reytinq cədvəli məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna 2007-2014-ci illərdə üçüncü yeri tutaraq zirehli maşınların satışı üzrə dünya liderlərinin siyahısına daxil olub. Ukrayna isə öz növbəsində daha çox Azərbaycan, Gürcüstan və Çinə silah satır. Bundan başqa Ukrayna Afrikada Cənubi Sudan, Konqo Respublikası və digər dövlətlərdə də silah ixracatçıları sırasındadır.

 

Ən çox tələb olunan hərbi texnika isə ZTR "BTR-3" (Qardian) və "BTR-4" (Buçefal) olub. Belə ki, Ukrayna bu zirehli maşınlardan 889,4 milyon dollar məbləğində 792 ədəd satıb. Ölkə 2007-2010-cu illərdə 72,6 milyon dollar dəyərində 63 zirehli döyüş maşını ixrac edib.

Bütün xəbərlər Facebook səhifəmizdə