GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Avqustun 13-də Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstan səfiri David Bakradzenin, Moldova səfiri Eugen Karasın və Ukrayna səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.
SİA ölkəmizin ABŞ-dakı Səfirliyinə istinadən xəbər verir ki, iştirakçılar əməkdaşlığın hazırkı səviyyəsiilə bağlı müzakirə aparıb və ümumi maraqlar əsasında gələcəkdə birgə təşəbbüslər barədə qərara gəliblər.
Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB