Hulusi Akar: "Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq"

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri uğurla icra olunub. Bu və bundan sonra icra ediləcək təlimlər ayrıca iki qardaş ölkənin təhdid və təhlükələrə qarşı ortaq münasibətini bütün dünyaya göstərməkdədir”. SİA "Anadolu Agentliyi"nə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistanın Azərbaycanın Tovuz rayonunda törətdiyi xain təxribatı bir daha şiddətli şəkildə qınayırıq. Azərbaycan xalqına başsağlığı, səbir diləyir, Silahlı Qüvvələrimizə güc, qüvvət arzulayırıq. Yaşadığınız acını millət olaraq dərindən hiss edirik. Azərbaycanın haqq davasına və ərazi bütövlüyünə olan güclü dəstəyimiz bu günə qədər olduğu kimi, bundan sonra da eyni şəkildə davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizədə 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq”, - deyə Türkiyənin Milli Müdafiə naziri qeyd edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...