Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsi ilə tanış olub

Bu gün Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.

SİA xəbər verir ki, nazir bu barədə "twitter" səhifəsində yazıb.

C.Bayramovu Türkiyə Xarici İşlər Naziri Mövlud Cavuşoğlu müşayiət edib.

Nazir yazıb ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var.

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...