“Ermənistan özü üçün problem yaratmaq, problemləri artırmaq mərhələsindədir” ÖZƏL-ŞƏRH

"Bütün dünya ermənilərinin problemləri sadalamaqla bitmir və bu preblemlərin spektri də artır. Məsələ bundadır ki, dünyanın heç də bütün erməniləri Ermənistana pul yardımı etmir. Yəni, Yerevanın pul yardımları ilə bağlı müraciətləri cavabsız qalır. Bu, çox vacib parametrdir. Bu, həm də o deməkdir ki, dünya erməniləri artıq Paşinyana inanmırlar. Çünki onlar Ermənistan və ordunun daxilində baş verənləri çox gözəl bilirlər. Eyni zamanda, onu da bilirlər ki, Paşinyanın səriştəsizliyi Ermənistanı hara aparıb çıxaracaq". Bunu SİA-ya aşıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, xüsusilə, dünya ermənilərini qorxudan və pul ayırmamasında iki məsələ var: "Bunun biri odur ki, Paşinyanın Rusiya ilə münasibətləri gərgindir və dünya erməniləri nə qədər maya da qoysa, yardım da etsə, istənilən anda Rusiya onların etdiyi yardımı puça çıxara bilər. Amma dünya ermənilərinin daha vacib qorxusu Azərbaycan hökuməti ilə əlaqəlidir. Dünya erməniləri Ermənistana, xüsusən Ermənistan ordusuna pul yardımı edərkən onlar hansı ölkənin vətəndaşıdırlarsa, yəni pulu köçürən erməni hansı ölkənin vətəndaşıdırsa, Azərbaycan hökuməti həmin dövlətlə iş aparır və o erməninin işğalçılığa yardım etmək məsələsini aktuallaşdırır. Beləliklə, Ermənistan ordusuna pul köçürən erməni, tutaq ki, ABŞ ermənisi, Fransa ermənisi əgər Ermənistan ordusuna pul köçürübsə, müvafiq olaraq ABŞ hökuməti, Fransa hökuməti onu incidir".

M.Əhmədoğlu digər problemi də izah edib: "Bu, Livan ermənilərinə münasibət məsələsidir. Orada vəziyyət hədsiz gərgindir deyə, indi Livandan bir qrup adamları gətirmək istəyirlər. Amma orada ermənilərin yerləşdiyi məhəllədə tək ermənilər yox, hamının vəziyyəti ağırdır.Tutaq ki, orada yaşayan ispan mənşəli ərəblərin də vəziyyəti ağırdır, digərlərinin, Assuriyalıların da vəziyyəti ağırdır. İndi Ermənistanın diaspor komissarı Zareh Sinanyan ispan əsilli ərəbləri də, assuriyalıları da ermənilərlə birlikdə Yerevana gətirmək istəyir ki, Ermənistan mono-etnik, mono-konfessional dövlətdən poli-etnik, poli-konfessional dövlətə çevrilsin. Zareh Sinanyanın da gətirdiyi xristianlardır. İndi Ermənistan cəmiyyətində Zareh Sinanyana qarşı güclü hücumlar başlayıb. Ermənistan rəsmilərinin də nümayəndələri, bir sıra partiyaların da nümayəndələri etiraz edir və etirazın önündə Daşnak partiyası gedir. Yəni, bu, o deməkdir ki, Ermənistan cəmiyyətində Zareh Sinanyanın ideyasına müqavimət güclənəcəksə, Ermənistan elitası beynəlxalq aləmin gözündən düşəcək. Çünki Zareh Sinanyan Ermənistanı deyək ki, öz dediyi kimi Amerika tipli dövlətə çevirmək istəyir və öz ermənilərini də belə başa salır. Yəni, ona görə də mən elə başa düşürəm Ermənistan hələlik özü üçün problem yaratmaq, problemləri artırmaq mərhələsindədir. Mən elə başa düşürəm indi bu koronavirus dövründə Paşinyan mitinqə icazə vermir və mətbuatı da sıxıb, boğub, amma bir azdan Ermənistanda vəziyyət çox, birdən-birə gərginləşəcək. Yəni Paşinyan necə gəlmişdisə hakimiyyətə, eynilə o qaydada da gedə bilər. Ermənilərin bir yaxşı sözü var, mənim çox xoşum gəldi, o yaxşı söz də bundan ibarətdir ki, ermənilər deyirlər ki, Paşinyanın indi hakimiyyətdə xoşbəxtliyi ondan ibarətdir ki, ölkədə başqa Nikol yoxdur. Əgər Nikol Paşinyanın özü kimi bu dəqiqə Ermənistanda adam olsaydı, çoxdan Nikol Paşinyanı aşırmışdı”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə