"Məsuliyyətli davranmalı, bir-birimizin qayğısına qalmalıyıq” ÖZƏL-MÜNASİBƏT

“Karantin rejimi əbədi ola bilməz. Sözsüz ki, biz mərhələli şəkildə karantindən çıxmalıydıq. Bu mənada yumlaşma ilə bağlı qərar gözlənilən idi. Hesab edirəm ki, tələsmədiyimiz kimi gecikməyə də lüzum yox idi. Ümid edirəm ki, cəmiyyət bu qərarın əhəmiyyətini başa düşərək, öz məsuliyyətlinin fərqində olacaq”. Bunu SİA-ya Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, yumşalma virusun tamamilə yox olduğunu düşünmək üçün əsas sayıla bilməz: “Təhlükə var, davam edir. Biz ancaq məsuliyyətli davranışlarımızla onu dəf edə bilərik. Hesab edirəm ki, ilk gündən Azərbaycanda koronavirusla mübarizədə ağıllı yol seçilib. Virusun kütləvi ölümlərə səbəb olduğu ölkələrlə müqayisədə itkilərimizin xeyli az olması bu cür düşünməyə əsas verir. Bundan sonrakı dövrdə məsuliyyət daha çox vətəndaşların üzərinə düşür. Sosial məsafəni qorumaq, maska taxmaq, gigiyenik qaydalara əməl etmək şərtdir. Yenidən əvvəlki çətin günlərə qayıtmaq istəmiriksə, elliklə məsuliyyətli davranmalı, bir-birimizin qeydinə qalmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...