Xalqın səsi xainləri öz yuvalarındaca necə boğdu? TƏRS BAXIŞ+FAKT

Yaxud, saxta petisiya həqiqət imzaları qarşısında əriməyə məhkum idi

İşğalçı Ermənistanın Tovuz təxribatı və sarsıdıcı məğlubiyyətinin ardınca ermənilər qədər əl-ayağa düşüb təlaşlananlar sırasında nə yazıq ki, sapı özümüzdən olan baltalar da tapıldı. Əslində, heç bir təəccüb doğurmayan xəyanətkarlıq reallığı AXCP, “Milli Şura” kimi satqın qurumların və qurum təmsilçilərinin, eyni zamanda Sevinc Osmanqızı, Emin Hüseynov, Leyla Yunus və s. kimilərinin boyunlarına ölçülmüş xaltadır. Ancaq təəssüfedici məsələ budur ki, hətta ümummilli məsələlərdə ermənilərdən artıq erməniçilik edənlər hələ də utanmaz-utanmaz sosial şəbəkələrdə xalqın qarşısına çıxır, ağızlarındakı “horralarını” sağa-sola səpələyirlər.

Həmin tör-töküntülər dərhal dönüb-oldular “məzlum”, “yazıq” və s...

Lakin məsələnin daha bir tərəfi budur ki, bilavasitə erməni lobbisinin qarşısında boyun əyən, erməni aşnalarının nəinki əllərini, hətta digər tərəflərini öpmək üçün sıraya düzülənlər bu dəfə də peşman oldular. Bu peşmançılığı isə onlara, məhz Azərbaycan xalqı yaşatdı – ermənilərin təxribatlarına, işğalçılıq siyasətlərinə, təcavüzkarlıqlarına qarşı topladığı çoxminli petisiya imzaları ilə!

Sirr deyil ki, məhz iyulun 14-dən başlayaraq ölkədə uğursuz və rüsvayçı hərəkətləri ilə qanunları pozmağa səy göstərənlərin əksəriyyəti Əli Kərimlinin tör-töküntüləri oldu və nəticədə qanun öz sözünü deyəndə həmin tör-töküntülər dərhal dönüb-oldular “məzlum”, “yazıq” və s... Söz yox ki, S.Osmanqızının Azərbaycan xalqının dünya ölkələrində etiraz səsini ucaltmasına qarşı həyasızcasına işlətdiyi “vətənşivənlik” kəlməsi, məhz onun özünə və sonra da sözügedən kərimovçu ünsürlərə aid olunur və olunmaqdadır. Bu da öz yerində...

Onları laxladan, sarsıdan və məyus, pəjmürdə, pərişan edən Azərbaycan xalqının öz Ali Baş Komandanının yanında olması, dünya boyunca birləşib, erməni lobbisini yerində oturtması oldu. Məhz bu gerçəklik öncə ermənilərin, daha sonra isə, içimizdəki xainlərin planlarını alt-üst etdi. Bu, eyni zamanda dövlət-xalq birliyinin sarsılmaz bağlılığı, birliyi idi!

Anti-Azərbaycan xarakterli petisiyaya iddia etdikləri kimi “yüz minlərlə” deyil, bir neçə yüz imzadan artıq imza toplamağı bacarmadılar və bu, artıq danılmaz faktdır!

Lakin daha bir amil budur ki, müxtəlif saxta, qeyri-ciddi, əsassız məsələlərlə gündəmə çıxıb, ara-sıra bir-birlərini “təbrik edən” ünsürlər yığnağı Azərbaycan dövlətinin maraqlarının müdafiəsinə qalxan, petisiya imzalayan xalq qarşısında diz çökməli oldular. Hətta anti-Azərbaycan xarakterli petisiyaya iddia etdikləri kimi “yüz minlərlə” deyil, bir neçə yüz imzadan artıq imza toplamağı bacarmadılar və bu, artıq danılmaz faktdır!

Məsələn, 12 iyul hadisələrindən sonra xalqın birbaşa iştirakı və təşəbbüsü ilə Ağ Evin saytında “Qarabağ Azərbaycandır” və “907-ci düzəliş ləğv edilsin” adlı iki petisiya başladıldı. Dəyərli oxucular, birinci şəkildən də görürsünüz ki, xalq başlatdığı petisiyada lazım olan 105 min və 111 min səsi artıqlaması ilə qısa müddətdə yığıb və cavabını gözləyir. Yəni lazım olduğundan da artıq səs toplanıb və bu, erməni lobbisinin, habelə onların ətraflarındakı tör-töküntülərin növbəti ağır məğlubiyyətləridir.
Lakin daha bir məsələ sapı özümüzdən olan baltaların, milli xainlərin “Prezident İlham Əliyevə sanksiyaların tətbiq edilməsi” üçün petisiya başlatmalıdır. Lakin onların həmin cəhdi, sadəcə, havaya uçdu və xalq bu dəfə də özü sözünü dedi – Biz dövlətimizin, Prezidentimizin, Ali Baş komandanımızın, nəhayət, LİDERİMİZİN yanındayıq!

Belələrinin Vətən torpağında nəfəs-alıb vermələri ən ağır virus infeksiyasından daha qorxulu və təhlükəlidir!

Məhz ikinci fotoya baxdığınız zaman bu, açıq-aydın görünür – xain məqsədlərə köklənmiş məlum petisiya üçün tələb olunan 100 min səsdən cəmi 506 səs... Söz yox ki, həmin səslər də saxta yollarla əldə olunub. Bəlli olub ki, AXCP trollarının istifadəsində olan və hər gün “Osmanqızı tv” və “Azərbaycan saatı” YouTube kanallarında saxta “like” artıran “gmail”ləri vasitəsilə 506 səs yığa biliblər, əlbəttə ki, qondarma, saxta vasitələri ilə.

Bu realıq isə artıq özü-özlüyündə bütün kartları açığa çıxarmış olur. Xalq bu xainləri nəninki rədd edir, onlara olan nifrətləri daha da artır. Əgər bu gün işğalçı və düşmən erməniyə olan münasibət necədirsə, xəyanətkarlara, satqınlara olan nifrət də bir o qədərdir, hətta daha da artıqdır. Bax buna şübhə etməsinlər və xüsusilə, AXCP sədri Əli Kərimli və buradakı buyruq qulları paltar-palazlarını bəri başdan yığıb, Ermənistanın ən soyuq yerinə qədər, sözün əsl mənasında, cəhənnəm olsunlar. Çünki belələrinin Vətən torpağında nəfəs-alıb vermələri ən ağır virus infeksiyasından daha qorxulu və təhlükəlidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə