İnvestisiya Holdinqinin işi dövlət müəssisələrinin idarəetməsinə həsr olunub

“Prezidentin koronavirusla bağlı keçirdiyi müşavirədə bir çox tarixi açıqlamalar verildi”. SİA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasının əsas məqsədi dövlət müəssisələrinin idarəetməsinə həsr olunub: “Dövlət müəssisələrinin idarəetməsi ilə bağlı Prezident bir çox məqamları səsləndirdi. Bu holdinqinin qısa müddətdə təşkil olunması Azərbaycanda bir çox sahədə liberallaşma prosesinin başlanması demək olacaq. Biz qeyri-neft sektorunun inkişafını prioritet kimi götürürük. Burada dövlət müəssisələrinin sayı çoxdur. Bunun nəticəsini qısa zamanda görəcəyik”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə