Çin: “Terrorla mübarizə üçün ortaq iş görməliyik”

Çin: “Terrorla mübarizə üçün ortaq iş görməliyik”
Pekin rəhbərliyi beynəlxalq terrorizmin hələ də çox ciddi və qarışıq bir təhdid olduğunu, beynəlxalq cəmiyyətin bir araya gəlməsinin vacibliyini eşitdirib. SİA-nın xəbərinə görə, Çin beynəlxalq əməkdaşlıq və ortaq iş sayəsində terror hərəkətlərinin önünə keçilə biləcəyini açıqlayıb.

Pekində təşkil edilən adi mətbuat konfransında danışan Çin xarici işlər naziri sözçüsü Jiang Yu terrorizmin beynəlxalq cəmiyyətin ortaq düşməni olduğunu ifadə edərək, Çinin də keçdiyimiz dövrlərdə terror hücumlarına zərər çəkmiş qalan ölkələr arasında olduğunu qeyd edib. Jiang terrorizmin hər birinə qarşı çıxdıqlarını və terrorla mübarizəyə aktiv şəkildə qatıldıqlarını ifadə edərək terrora qarşı ortaq bir mübarizə icra edə bilmək üçün beynəlxalq cəmiyyətin əməkdaşlığı gücləndirməsinin lazım olduğunu vurğulayıb. Sözçü ayrıca terrorizmi bəsləyən hər cür vəziyyətin yox edilməsinin lazım olduğunu da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə