Əli Kərimlinin növbəti yalanını kim ifşa etdi? FAKT

Yaxud, AXCP sədrinin xarici ağası, ermənipərəst Stefan Şenak müxalifət partiyasının 84 nəfər üzvü olduğunu necə üzə çıxarıb

YAP Gənclər Birliyinin fesybuk səhifəsində AXCP sədri Əli Kərimlinin növbəti ifşasını sübuta yetirən məlumat dərc olunub. SİA xəbər verir ki, bu barədə gənc fəal Anar Şahmuradov araşdırma aparıb və maraqlı nəticə əldə olunub. Belə ki, AXCP-nin sədri Əli Kərimlinin xaricdəki ağalarından biri hesab olunan ermənipərəst Stefan Şennak Ermənistanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribatının ardınca Bakıdakı ümumxalq yürüşü zamanı bir qrup cəbhəçinin Milli Məclis binası daxilində və ətrafında təxribat cəhdlərindən sonra saxlanılmalarına münasibət bildirməklə yanaşı, digər amilə də toxunub, bununla da AXCP sıralarında cəbhəçi sayının kifayət qədər az olmasını aşkar edib.

42 nəfərə adambaşına 10 mindən hesablayanda 42 min avro edir...

Məhz bundan sonra YAP GB-nin səhifəsində təqdim etdiyimiz status diqqəti cəlb edib. SİTAT: “Əli Kərimli iddia edir ki, guya 42 nəfər AXCP üzvü həbsdədir. Səhifəsində də həmin 42 nəfərin şəkillərindən ibarət plakat paylaşıb. Əli Kərimlinin bu qondarma məlumatı paylaşmasından cəmi bir gün sonra Avropadakı himayədarlarından olan Stefan Şennak adlı şəxs də açıqlama verir və çox qəribə bir məsələnin üstünü açıb. Stefan Şennak özü də bilmədən açıqlamasında Əli Kərimlini ifşa edib. O deyib ki, AXCP üzvlərinin yarısı həbsdədir. Belə olan halda Stefan Şennak AXCP üzvlərinin sayının cəmi 84 nəfər olması haqqında rəsmən məlumat vermiş olur. Əli Kərimli də onun bu açıqlamasını səhifəsində paylaşmaqla həmin məlumatın doğruluğunu təsdiqləmiş olur. Hər bir halda Stefan Şennak nəsə bilməsə deməzdi. Hətta onlarda AXCP üzvlərinin dəqiq sayının olmaması da mümkün deyil. Çünki adambaşına “siyasi məhbus” ianəsi yazılanda konkret rəqəmlər göstərilməlidir. Məsələn, 42 nəfərə adambaşına 10 mindən hesablayanda 42 min avro edir. Hər halda Stefan Şennak da, Əli Kərimli də pul məsələsində səhvə yol verməzlər”.

Beləliklə, bir daha bəlli olub ki, AXCP sədri Əli Kərimlinin növbəti yalanı ifşa olundu. Aydın oldu ki, nə üçün cəbhəçilər bu günə qədər insan sıxlığı olan yerlərdə özlərini təpikləyib, şillələyirlər. Demək ki, 84 nəfər üzvü olan bu partiya, sadəcə, fon yaratmaq işi ilə məşğul imiş. Axı, Əli Kərimli hər danışanda üzvlərinin minlərlə, hətta on minlərlə olmasından dəm vururdu...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...