Bakı şəhər İcra Hakimiyyəti gül bayramını təntənəli şəkildə qeyd edəcək

Bakı şəhər İcra Hakimiyyəti gül bayramını təntənəli şəkildə qeyd edəcək
Bakıda təntənəli gül bayramı keçiriləcək. SİA-nın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən gül bayramı müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunacaq.

Bayram şənliyi mayın 10-da saat 11.00-dan 19.00- dək Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev parkında keçiriləcək. Bununla yanaşı, axşam saat 21.00-da Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert olacaq.

Konsertlə yanaşı həmçinin möhtəşəm atəşfəşanlıq da təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə