Sabiq mer həbs edildi TƏLƏB QOYULUB

Ermənistanın ictimai xidmətin tənzimlənməsi komissiyasının sabiq sədri, İrəvanın keçmiş meri Robert Nazaryan həbs edilib. SİA xəbər verir ki, bu barədə aysor.am-a ölkənin xüsusi istintaq xidmətinin mətbuat katibi Marina Ohacanyan deyib.

“Robert Nazaryan xüsusi istintaq xidməti tərəfindən aparılan cinayət işi üzrə saxlanılıb. Hazırda digər təfərrüatlar barədə danışa bilmərəm”, Ohacanyan bildirib.

Lakin Ermənistanın Hraparak.am saytı ilginc detallara toxunub və qeyd edib ki, istintaq orqanları Robert Nazaryandan ölkənin üçüncü prezidenti Serj Sarkisyana qarşı ifadə verməsini tələb ediblər. Onlar tələblərinin yerinə yetiriləcəyi halda sabiq meri azadlığa buraxacaqları vədini də veriblər.

O da bildirilir ki, Nazaryanın saxlanılması əmri baş nazir Paşinyandan gəlib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə