Gültəkinin faşizm ideologiyası TƏRS BAXIŞ

Vaxtilə, III Reyxin füreri Adolf Hitler alman xalqına çox şeylər vəd etmişdi və sonunda həmin vədlərin nə ilə nəticələndiyini hər kəs bilir. Alman xalqı zamanında Hitlerin yalanlarına inandıqlarına və aldandıqlarına görə, onu bu gün də lənətləməkdədirlər. Əslində, faşizm ideologiyasının təməlində də şirin vədlər, azömürlü rifah və nəticədə ağlasığmaz fəlakətlər dayanır. Fürer, öz utopik və qanlı maraqlarına görə bütün Almaniyanı və alman xalqını güdaza verdi. Bu ideologiya xaos, ölüm havası, kütləvi dağıntılar və bu kimi amillərdən başqa heç nəyi xatırlatmır.

Maraqlıdır ki, belə bir mənfur ideologiya müasir dövrlərimizə qədər gəlib-çıxıb və hazırda işğalçı qonşumuz Ermənistanda qeyri-rəsmi olsa belə, demək olar ki, dövlətin siyasət meyarına çevrilib. Bu ölkədə kimlərin hakimiyyətdə olmalarına, hakimiyyət dəyişikliklərinə baxmayaraq, sözügedən ideologiya ayaq açıb yeriməkdədir. Ultra-millətçilik, təcavüzkarlığa meyillilik, vandalizm maraqları, monoetniklik və s. kimi məsələlər işğalçı ölkənin adı yanında qeyd olunmaqdadır.

Azərbaycan dövlətçiliyinə, xalqına qarşı çıxış etmələri, eyni zamanda, bir sıra erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatlara donoslar yazıb, sanksiyaların tətbiqi üçün əlləşib-vuruşmaları da sözügedən məsələni ehtiva etməkdədir

Lakin daha bir məsələ bu gün dünya erməniçiliyinin anti-türk ideologiyası istiqamətində apardıqları siyasət və bu siyasətə sapı özümüzdən olan baltaların ya dolayı, ya da birbaşa verdikləri dəstəklərdir. Belə bir mənfur ideologiya arxasında uzun illərdir ki, qanlı siyasətə dəstək göstərən erməni lobbisinin ətrafında milli xəyanətkarları gördükdə isə, insan istər-istəməz təəssüf və hiddət hissləri keçirir. Misal üçün, əgər bu gün “Milli Şura” adı altında anti-milli fəaliyyət göstərən fərdlərin və ya Avropadakı satqınların istər bir yerdə, istərsə də ayrı-ayrılıqda Azərbaycan dövlətçiliyinə, xalqına qarşı çıxış etmələri, eyni zamanda, bir sıra erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatlara donoslar yazıb, sanksiyaların tətbiqi üçün əlləşib-vuruşmaları da sözügedən məsələni ehtiva etməkdədir.

Diqqət yetirək, hələ bir neçə ay əvvəl neftin qiymətinin enməsinə görə bir-birlərini təbrik edən, ölkədəki vəziyyətin pisləşməsini, xalqın ağır həyat şəraitinə düşməsini səbrsizliklə gözləyən ünsürlər, indi də koronavirus pandemiyasının uzanmasını, azərbaycanlıların sosial həyatlarının heçə düşməsini, ölüm hallarının artmasını, bütövlükdə isə, karantin müddətinin uzanaraq, ölkə iqtisadiyyatının çökməsini, anarxiyanı arzulayırlar.

Budur, frau Gültəkinin hitlersayağı düşüncələri

Təkcə özünü hamıdan çox ortaya atan Gültəkin Hacıbəylinin bütün bunların ona və ətrafındakıların maraqlarına cavab verdiyini etiraf etməsi faşizm ideologiyası deyilsə bəs nədir?

Baxın, xalqa, dövlətə pislik arzulanan bu kimi iddiaları kim irəli sürür – bir qadın və ana. Əgər bu müqəddəs adları ona bağlamaq olarsa?! Onun faşizm baxışlarına görə əgər xalq acdırsa buna sevinmək lazımdır, insanlar işsizdirsə, nə gözəl, xəstəliyin sayı artırsa, ölümlər çoxalırsa, çox pakizə... (?!-R.N.) Budur, frau Gültəkinin hitlersayağı düşüncələri. Görünür, o son vaxtlar Hitlerin “Mayn Kampf” (“Mənim Kitabım”) adlı başdan-ayağa faşizmi təbliğ edən kitabını kifayət qədər vərəqləyib və düşüb həmin qanlı ideologiyanın təsiri altına. Bu, eyni zamanda bir rəzillik, alçaqlıq və xəyanətin ən böyüyüdür ki, G.Hacıbəyli hazırda da həmin düşüncələri ətrafında var-gəl etməklə məşğuldur. O hesab edir ki, hakimiyyətə yiyələnmək üçün müxalifətçilik adı altında hər şeydən, hətta ən rüsvayçı əməllərdən istifadə etmək olar, nə istəsə deyə bilər və necə istəsə elə də davranar. Bu cür yanaşmanı isə başqa dildə başqa cür adlandırırlar və onu buraya yazmağı doğru hesab etmirəm.

Rövşən NURƏDDİNOĞLU

P.S. Hətta belə qənaətə gəlmək olar ki, Gültəkin Hacıbəyli cəbhədə öz Vətəninin keşiyində dayanan azərbaycanlı əsgərlərə, mülki vətəndaşlarımıza atəş açan, mərmi atan ermənilərdən də betər faşist və siyasi tullantıdır. Belələri aşkar düşməndən fərqli olaraq, dövlətçiliyimizə xaincəsinə arxadan yanaşır və bıçağı kürəyə saplayırlar. Gültəkinin dediklərinə çəpik çalıb onu dəstəkləyənlər isə heç də ondan geri qalan deyillər. Onların hər birinin alınlarında xain, satqın, riyakar, rəzil, siyasi fahişə damğasından əlavə, həm də faşist damğasının izi var!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...