Beyrutdakı partlayış, erməni köçü və Qarabağ... - MARAQLI MƏQAM

Dünən Beyrutda baş verən partlayışlarla əlaqədar olaraq, xarici müdaxilə və daxili problemlər olmaqla iki variant müzakirə olunur. SİA xəbər verir ki, bu barədə Livanın erməni əsilli alimi Armen Petrosyan sözügedən sayta müsahibəsində bildirib.

O bildirib ki, birinci versiyada İsrailin müdaxiləsi dayanır. Ancaq partlayışın həm humanitar, həm də maddi nəticələrini nəzərə alaraq, xarici müdaxilə istisna edilməlidir. Çünki xarici dövlətin heç bir lideri bu cür fəlakətli nəticələri həzm edə bilməz. Buna birbaşa cavab müharibə elanıdır. İsrail kəşfiyyatı olduqca ehtiyatlıdır və bu qədər ciddi səhv buraxılmasına yol verə bilməz. Hadisənin səhlənkarlıq olduğu daha inandırıcıdır. Çünki nitrat ehtiyatları bir neçə ildir Beyrut limanında saxlanılırdı.

Beyrutda baş verən faciənin Livandan erməni miqrantların böyük bir axınına səbəb olacağının nə dərəcədə mümkün olduğunu soruşduqda, Armen Petrosyan bu məsələnin çoxdan aktual olduğunu deyib: “Ümumiyyətlə, Livan ermənilərinin miqrasiyası ilə bağlı proqnozlar ötən ilin oktyabrından, bu ölkədə koronavirus fonunda daha çox fəsadlara səbəb olandan, etirazlar, sosial-iqtisadi və siyasi böhranlar başlayandan bəri aktualdır. Yəni, bütün bu amillərin təsiri altında Livan ermənilərinin Ermənistana axınının daha əsaslı olacağı proqnozlaşdırılır.
Beyrutdakı partlayışların miqrasiya tempini xeyli sürətləndirə biləcəyi bir tərəfə, partlayışların nəticələrinin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıra biləcəyi göz qabağındadır".

Petrosyan onu da bildirib ki, Ermənistan hökuməti Livan ermənilərinin ölkəyə axınını təmin etmək üçün müxtəlif proqramlar hazırlamalıdır.

Erməni əsilli Livan ermənisinin bu fikirlərinin alt qatında daha çox Azərbaycanı narahat edəcək bəzi məqamlar gizlənib. Bəllidir ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağda ermənilərin planlı yerləşdirilməsi İrəvanın istəkləri ilə üst-üstə düşmür. Yəni Dağlıq Qarabağdan və Ermənistandan köçüb xarici ölkələrdə məskunlaşmış ermənilər bir daha geri qayıtmaq istəmirlər. Statistikaya görə, Dağlıq Qarabağda məskunlaşan ermənilərin 94 faizi Ermənistan sakinlərinin payına düşür. Ona görə də Ermənistana xarici ölkələrdə məskunlaşmış ermənilərin də olduğu şəhər və digər yaşayış yerlərində terror, partlayış və digər hadisələrin baş verməsi sərf edir. Belə olan halda Ermənistan onları işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırmağı planlaşdırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə