Siyavuş Novruzov: ""Milli Şura" insanların taleyini düşünmür" - MÖVQE

"Biz hələ bilmirik ki, bu xəstəlik nə qədər çəkəcək. Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik". SİA-nın verdiyi məlumata görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, biz bu gün dövlətin yanında olmalıyıq: "Karantin rejimi böyük dövlətləri çökdürüb. "Milli Şura" bildirib ki, karantin rejimin uzanması bizə sərf edir. Onlar insanların taleyini düşünmür. Düşünür ki, insanlar narazı olsa, bunların tərəfinə keçəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə