“Nikol, danış, hərəkət et, səsini çıxart” Armen Aşotyan

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün feysbuk səhifəsində yazığı postunda növbəti dəfə Nikol Paşinyan barədə danışılan yalanları ifşa edib. SİA aysor.am-a istinadən xəbər verir ki, müxalifətçi funksioner erməni baş nazirin qorxaq olduğunu bildirib.

“Kim isə deyirdi ki, Nikol Paşinyan döyüşlərə rəhbərlik edib, hə? Ermənistan heç vaxt bu qədər qorxaq rəhbərə malik olmayıb və ümid edirəm ki, bundan sonra bir daha olmayacaq. Amlusarda baş vermiş polis əməliyyatı buna açıq nümunədir. Nikol nəyə görə samanlıq arasında gizlənmişdi? Bəs niyə xalqla danışmırsan, anlatmırsan? Əgər səndə həll qərarı varsa, onu nəyə görə sirr olaraq saxlayırsan və insanlara qarşı güc tətbiq edirsən? Əgər səndə həll imkanı yoxdursa, onda niyə ölkədə baş verən prosesləri öz axarına buraxmısan və toqquşmalar zamanı dövlət orqanları vətəndaşlara qarşı güc tətbiq edir? Nikol, danış, hərəkət et, səsini çıxart”, deyə Armen Aşotyan etirazlar zamanı həbs edilən insanların azadlığa buraxılmasını tələb edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə