“Bu növbəti rüsvayçılıqdır” Vaaqn Varaqyan

Nork bağlarının satışa çıxarılması növbəti rusvayçılıqdır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bu sözləri “Yaşıl Gələcək” Ətraf Mühit Təşəbbüsünün sədri Vahaqn Varaqyan Facebook səhifəsində yazıb.

"Bütün dünyada meşə sahələrini artıraraq qlobal istiləşməyə qarşı mübarizə aparırlar. Ermənistanın baş naziri və Yerevan Bələdiyyə Başçısı nə edir?

Paytaxtda artan meşələrin və yaşıllıqların əvəzinə Maştos Meydanı ərazisindəki sağlam ağaclar kəsilməkdədir ki, bunun nəticəsində yaşıllıq sahələri yox olur.

Bu il Sisernakaberd dağlarında bir hektardan çox ərazi yandırıldı, çünki Yerevan meri yay fəslində otların və ağacların suvarılmasının vacibliyini "unutmuşdu". Bu il Ermənistanda Ətraf Mühit Nazirliyinin tamamilə hərəkətsizliyi sayəsində 11.575 hektar ərazidə yaşıllıqlar məhv edilib, amma bu barədə səs salan da yoxdur. Bu son iki ildə adi bir istehlakçı üçün bir metr taxtanın qiyməti 12000 dramdan 30.000 drama qədər artdığı bir vəziyyətdədir. Yəni hökumətin heç bir şey etməməsi səbəbindən istilik üçün yetərli gəliri olmayan kəndlilər də odunla istilik məsələsində çətinliklərlə üzləşirlər. Ancaq Nork bağları məsələsi belə deyil.

İnanın, Nork bağlarının ərazisinin 2 hektarı satılarsa, Yerevan sakinləri oksigenlə nəfəs almaq imkanını unutmalı olacaqlar", deyə Vaaqn Varaqyan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə