Millət vəkili: “Orta məktəblərə ibtidai hərbi hazırlıq dərslərində istifadə olunmaq üçün silah verilib-verilməməsi ilə bağlı qərarı hökumət verməlidir”

Millət vəkili: “Orta məktəblərə ibtidai hərbi hazırlıq dərslərində istifadə olunmaq üçün silah verilib-verilməməsi ilə bağlı qərarı hökumət verməlidir”
Mən düşünürəm ki, Milli Məclisdə orta məktəblərin ibtidai hərbi hazırlıq dərslərində istifadə olunmaq üçün silah verilib-verilməməsi ilə bağlı hər hansı bir qanun hazırlaması məqəsəduyğun olmazdı. Bu barədə SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor Musa Qasımlı məlumat verib. O bildirib ki, bununla bağlı qərarı hökumət verməlidir.
"Bir zamanlar məktəblərdə ibtidai hərbi hazırlıq fənni tədris olunurdu. Sonradan bu tədris fənləri planından çıxarıldı. Bir sıra məktəblərdə bəzi məktəblərdə ehtiyatsızlıq ucbatından bəzi hadisələr baş verdi. Ancaq mən düşünürəm ki, bu məsələri bir daha müzakirə etməyə dəyər", - deyə o əlavə edib.

Qeyd edək ki, bir neçə müddətdir orta məktəblərə ibtidai hərbi hazırlıq dərslərində istifadə olunmaq üçün silah verilməsi məsələsi müzakirə olunur. Ötən gün təhsil naziri bu məsələnin tərəfdarı olmadığını açıqlayıb. M.Mərdanov vurğulayıb ki, orta məktəbləri hərbi məktəblərə çevirmək olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə