Sorosun Ermənistana olan sevgisinin arxasında nə dayanır? - MÖVQE

"Hazırda Ermənistan elə bir vəziyyətdədir ki, bir dövlət olaraq özünü itirərək səhv addımlar atmaqdadır. Bu gün Ermənistan səriştəsiz hakimiyyətin əlində aciz vəziyyətə, beynəlxalq aləmdə isə rəzil gününə düşüb". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Ermənistanın heç bir siyasi qabiliyyətə malik olmayan baş naziri yürütdüyü siyasətlə ölkəni daha da bataqlığa çəkir: "Belə ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan formalaşdırılıb. Bunu bilmək üçünsə sadəcə onların tərcümeyi-halına nəzər yetirmək kifayət edir. Bu gün Ermənistanda hakimiyyətin müxtəlif qollarında mühüm vəzifələrdə işləyən insanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Bu səbəbdəndir ki, heç də təsadüfi olmayaraq Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub.

Burada diqqət çəkilməli xüsusi bir məqam ondan ibarətdir ki, Soros fondu pandemiya ilə mübarizə istiqamətində postsovet məkanında heç bir ölkəyə yardım göstərmədiyi halda Ermənistana 600 min dollar maliyyə yardımı edib. Ermənistanla müqayisədə isə Azərbaycanda Soros fondunun heç bir fəaliyyəti qəti şəkildə mövcud deyil. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq açıq və düzgün siyasət həyata keçirir. Soros kimi təşkilatlar yalnız öz fəaliyyət dairələrinə uyğun olaraq Ermənistan kimi təxribatla məşğul olanölkələrlə əməkdaşlıq edirlər".

Ş.Həsənova əlavə edib ki, bu gün Azərbaycanda gənclər dövlət əhəmiyyətli mühüm layihələrə cəlb olunaraq dövlətin yürütdüyü siyasəti dəstəklədiyi halda Ermənistanda geniş vüsət alan bu təşkilat gənclərin beyinlərini zəhərləyən təxribatçı əməllərlə məşğuldurlar: "Çünki hal-hazırki rəhbərlik Sorosun agentləridir və onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib".

Bütün xəbərlər Facebook səhifəmizdə