"Qurban bayramı İslam dininin əsas bayramlarından biridir” MÜNASİBƏT

“İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının fəal gənci Xanım Qədirova deyib.

Onun sözlərinə görə, müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər: “Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, Azərbaycan xalqı hər zaman olduğu kimi, öz həmrəyliklərini nümayiş etdirərək qurbanlar kəsərək imkansız ailələri sevindirdi. İnşallah növbəti qurbanların kəsildiyi məkanlar, edildiyi dualar işğalda olan torpaqlarımız üçün olsun”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...