“Ermənistanda qeyri-mütənasib vəziyyət var və onu düzəltmək lazımdır” Avetik İşxanyan

Ermənistan Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan, bu gün İnsan Hüquqları Müdafiəçisi tərəfindən bir sıra qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqla təşkil edilən "Koronavirus epidemiyası (COVID-19) səbəbiylə elan edilmiş fövqəladə vəziyyət altında sərbəst toplaşmaq azadlığı" onlayn müzakirəsi zamanı, Məhdudiyyətlərə paralel olaraq təşkil edilən mitinqlər və polisin onlara reaksiyasına da toxunub. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus tert.am saytı məlumat yaymlayıb.

Məlumatda qeyd olunur ki, İşxanyanın sözlərinə görə, bu vəziyyətdə məntiq məsələsi də qaldırılmalıdır, çünki fərqli problemlərin məntiqini tapmaq mümkündür. O qeyd edib ki, Ermənistanın şəhərlərində məhdudiyyətlər fonunda izdihamlı küçələr və böyük tıxaclar müşahidə olunur.

"Bu mənzərənin uzaqdan fotoşəklini çəkib mitinq şəklində təqdim etsək, heç kim təəccüblənməz. Daha soğrusunu desək, məhdudiyyətlər gündəlik məsələlərə şamil edilmir, amma etiraz aksiyaları azadlığı qadağandır", deyə İşxanyan narazılığını ifadə edib.

İşxanyan xatırladıb ki, fövqəladə vəziyyət şəraitində toplantıların təşkili qadağandır və burada istisnalar yoxdur. Eyni zamanda, mədəni və əyləncə məzmunlu yığıncaqlar qadağan edilmir, hansıki iştirakçıların sayı 20 nəfərdən çox deyil. Bu artıq ayrıseçkilikdir.

Hüquq müdafiəçisi bəyan edib ki, BMT-nin sərbəst toplaşmaq azadlığı ilə bağlı xüsusi məruzəçisinin 14 aprel 2020-ci ildə verdiyi bir açıqlamada Ermənistanda sərbəst toplaşmaq azadlığına son verilməsi tənqid edilib.
"Xüsusi Məruzəçi dünyada davam edən epidemiya kontekstində Ermənistanda ayrı-seçkilik olduğunu və məhdudiyyətlərdən müxalif qruplara qarşı, müxalifətə təzyiq göstərmək üçün istifadə edildiyini bəyan edib", deyə İşxanyan əlavə edib və qeyd edib ki, bu halə düzəltmək lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə