Müxalifət iftira atmaq və təxribat yaratmaqla məşğuldur RƏY-ÖZƏL

Müxalifət iftira atmaq və təxribat yaratmaqla məşğuldur RƏY-ÖZƏL

Mövcud faktlarla sübuta yetirilməkdədir ki, xaricidə ki, “söyüş müxalifəti”nin Azərbaycandakı kuratoru AXCP sədri Əli Kərimlidir. Sual yaranır, mövcud faktlar ortada olduğu halda, AXPC-yə və onun sədri Əli Kərimliyə qarşı hüquqi tədbirlərin görülməsinə nə mane olur? Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, bu gün xaricidə ki, fəaliyyət göstərən söyüş kollektivi adından hansı ki, Azərbaycandan siyasi mühacir adı ilə xaricə gedərək orda müxtəlif mərkəzlər və qruplar tərəfindən maliyyələşərək bütün fəaliyyətlərini Azərbaycan dövlətçiliyinə, xalqına, iqtidarına qarşı mübarizə sərf edən insanlar əsasən iki əsas mərkəzdən idarə olunur: “Onlar bu gün Azərbaycanın daxilində olan özünü müxalifət adlandıran “Milli Şura” adlı qurum tərəfindən və xaricidə ki, xüsusi xidmət orqanları və ermənilərin maliyyələşdirdiyi fondlar tərəfindən idarə olunan insanlardır. Bu insanların fəaliyyəti bütünlüklə Azərbaycan dövlətçiliyinə qarşı yönəlir və onlar hər bir vəchlə apardıqları mübarizədə bütün hər şeyi qaralamaqla iftira, təxribat yaratmaqla məşğuldurlar. Təbii ki, bunlara da Azərbaycanda olan qüvvəsi “Milli Şura”, AXCP və bunlar xüsusilə onların sosial şəbəkələrdə fəaliyyət göstərən trollarıdır. Bu insanlar xüsusi göstərişlə informasiya ötürməklə o insanları Azərbaycana qarşı qarayaxma kompaniyalarına xüsusi olaraq dəstək verirlər”.

A.Xəlilov bildirdi ki, artıq faktlarla ordadır, xüsusilə də onların sosial şəbəkələrdə yaratdıqları internet televiziyalarında, əsasən biz “Milli Şura” üzvilərinin müsahibələrini görürük: “Bu da onu sübut edir ki, bu insanların bir növ başında duran məhz “Milli Şura” və AXCP-dir. Xüsusilə, bunların əsas verilişlərinin qəhrəmanı, AXCP-nin sədri Əli Kərimli və siyasi karyeraları bitmiş insanlardır ki, “Milli Şura”ya üzv olublar. Cəmil Həsənli və digərləri yəni onlarda bunların bu verilişlərində əsas aparıcı qüvvə kimi çıxış edirlər və əsas məqsədləri də bütün vəchlə qarayaxmaqdır. Xaricidə onların Tovuz hadisələri ilə bağlı Azərbaycan diasporunun göstərdiyi fəallıq, ermənilərin bizim səfirliklərin qarşısında törətdikləri təxribata qarşı rəşadətli mübarizəsini qaralamaq cəhdləri və ermənilərin dinc yürüş zamanı soydaşlarımıza xəsarət yetirilməsinə Sevinc Osmanqızı kimilər yanlış şərhlər verirlər. Sevinc Osmanqızının bu təxribatları “Azərbaycanlılar törədir” fikri xüsusilə də xalq arasında çox qəzəblə, ikrahla qarşılandı. Artıq onların özləri də biabır olduqlarını başa düşürlər. Sanki bu gün onlar erməninin xeyrinə fəaliyyət göstərirlər. Əlbəttə ki, onların bu cür hərəkətlərinin xalq tərəfindən birmənalı olaraq pislənilir və onlara qarşı hüquqi tədbirlərin görülməsini tələb edirlər. Söz yox ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavab verəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə