"Bir millət iki dövlət" nümunəsi erməniləri çox narahat edir” ÖZƏL-MÜNASİBƏT
Bildirmək istəyirəm ki, Azərbaycan-Türkiyə siyasi, iqtisasi, mədəni, ticarət və ən əsas hərbi əlaqələri Azərbaycanda müxtəlif maraqları olan bir çox dövlətləri narahat edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.
Təşkilatın sədri qeyd edib ki, əsas narahatçılıq isə mənfur qonşumuz olan Ermənistandadır. “Ermənistandakı qoxunun kökləri əsrin əvvəllərinə gedib çıxır. Bildiyimiz kimi əsrin əvvəlində də ermənilər tərəfindən törədilən soyqırımı zamanı Nuru paşanın rəhbərliyi ilə türk ordusunun Azərbaycanın yanında olması hamıya məlumdur. Bu baxımdan bu gün aparılan birgə hərbi təlimlər ermənilərin sözün əsl mənasında çuxalarına birə salıb. Düşmənlərimiz gözəl başa düşürlər ki, Türkiyə-Azərbaycan birgə əməliyyat keçirsə bunun qarşısında təkbaşına dura bilməyəcək. Və bu gün vandalizmə əl atmaqla, çirkin əməllərini həyata keçirməkdə onlara dəstək olan "dostlarına" kömək üçün yalvarışları qaçılmazdır. Ulu öndər Heydər Əliyevin söylədiyi "Bir millət iki dövlət" nümunəsi bu günümüzdə də öz aktuallığını qoruyur və bu da Ermənistan dövlətini, ümumikdə erməniləri çox narahat edir”, deyə Ruhiyyə Aslanova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB