Anar Xəlilov: "Kəsimlə məşğul olan işçilər testlərdən keçirilir" ÖZƏL - AÇIQLAMA

Anar Xəlilov: "Kəsimlə məşğul olan işçilər testlərdən keçirilir" ÖZƏL - AÇIQLAMA

"Qurban bayramı münasibəti ilə xüsusi kəsim məntəqələri və marketlər ayrılıb. Onlayn sifariş xidməti yaradılıb. Kəsimlə məşğul olan işçilər testlərdən keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, virus daha çox insanların sıx toplaşdığl məkanlarda daha çox yayılır buna görə də Qurban bayramı günlərində son dərəcə ehtiyatlı olmalı, qaydalar gözlənilməlidir:

"Əlaqədar qurumlar bununla bağlı artıq tədbirlər görüb və əhaliyə məlumatlandırma, xəbərdarlıq və qaydalarla bağlı informasiyalar verilməkdədir. Hesab etmək olar ki, hökumət ehtiyat tədbirlərini tam görüb. Lakin buna baxmayaraq təbii ki, vətəndaşlarımızın davranış qaydaları daha vacibdir. Qaydalara tam əməl edilsə bayram günlərində virusa yoluxma halları aşağı olacaq. Əks təqdirdə yoluxma hallarında artım müşahidə edə bilərik. Artıq məlum olduğu kimi virusa yoluxmada son iki həftənin statistikasını təhlil etsək nəzərə çarpacaq dərəcədə enməni müşahidə edərik. Sağalma sayı yoluxma sayını üstələyir. Buna səbəb dövlətin apardığı virusa qarşı mübarizə tədbirlərinin səmərəliliyi, karantin rejiminin tətbiqi və virusun yayılmasının tam nəzarətə götürülməsidir. Bu hal bizi sevindirir və inamla demək olar ki, belə davam etdiyi təqdirdə karantin qaydalarına yumuşalmanı tezliklə müşahidə edəcəyik".

QHT sədri Anar Xəlilov vurğulayıb ki, hər kəs məhz bu gün bunu gözləyir, iqtisadiyatımız da dayanıb, məhz buna görə də bayram günlərində qaydaları gözləmək çox vacibdir və hər kəs qaydalara mütləq əməl etməlidir: "Kəsim məntəqələrində sıxlıq yaratmaq olmaz. Ailələrin bir yerə yığışıb qurban kəsimi həyata keçirməsi yol verilməzdi. Qonaq getmək olmaz. Yaxşı olardı ki, onlayn sifariş xidmətlərindən daha çox istifadə olunsun. Dinimizin bu müqqəddəs bayramının da fəlsəfəsində insanları şərdən bədxahlılqdan, xəstəliklərdən və s qorumaq durur. Bu bayram günlərində də özümüzü, yaxınlarımızı və digərlərini qorumaq da dinimizə, dövlətimizə, xalqımıza xidmət deməkdir. Əgər kimlərsə qaydaları pozmaqla digər vətəndaşların sağlamlığını və həyatını təhlükə altında qoymaqla Qurban bayramını qeyd edəcəksə, kobud da olsa onun qurbanının Allah tərəfindən qəbulu ola bilməz. Bütün xalqımızın Qurban bayramını təbrik edir, xalqımızın bu pandemiyadan qorumağı və az itki ilə çıxmasını Allaha dua edirəm".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə