“Ermənistanın rəhbərliyi tərəfindən mənə qarşı tapşırılanlar alçaqlıqdır” Tiqran Atanesyan
Əminəm ki, Ermənistanın yüksək rəhbərliyi tərəfindən mənə qarşı tapşırılanlar alçaqlıqdır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan bu gün jurnalistlərlə görüşü zamanı bir neçə ay əvvəl onun mənzilinə hücum barədə danışarkən deyib.
"Yəni dörd yaramazın arvada və azyaşlı uşaqlara hücum etməsi normal haldırmı? Mən özüm dindirildimsə, ailə üzvlərim də dindirildisə, bu nə hücum idi?
Mən hiss edirəm ki, bu iyrənc yaramazları xilas etmək tapşırığı verilib. Çünki belə bir tapşırıq ölkənin yüksək rəhbərliyindən gəlməsəydi, əlbəttə ki, bu insanlar çoxdan tutular, ittiham olunardı. Mən bunu bilirəm və onlardan ədalət gözləmirəm. Ədalət öz qaydasında və vaxtında gələcək", deyə Tiqran Atanesyan bildirib.
Xatırladaq ki, 22 may tarixində vəkil Tiqran Atanesyanın mənzilinə hücum təşkil edilib. Dörd nəfər onun mənzilinə girib. Vəkil həmin vaxt evdə olmayıb. Mənzildə həyat yoldaşı və azyaşlı uşaqları olub. Təcavüzkarlar vəkilə qarşı təhdidlər səsləndiriblər və çıxıb gediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB