Denis Mayorov Prezident İlham Əliyevə minnətdarlığını bildirib MƏKTUB
“Xəzər FM” radiosunun direktoru Denis Mayorov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. SİA məktunu təqdim edir:
Hörmətli cənab Prezident.
Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə məni və digər jurnalist həmkarlarımı fəxri adlara və mükafatlara layiq görməyiniz bizi hədsiz dərəcədə sevindirdi. Bu, qələmə, sözə, zəhmətə Sizin tərəfinizdən verilən dəyərdir və bizi Azərbaycan mətbuatının inkişafı üçün daha da böyük işlər görməyə ruhlandırır. Məni “Tərəqqi” medalına layiq gördüyünüz üçün Sizə sonsuz dərəcədə minnətdaram. Bildirmək istəyirəm ki, biz jurnalistlər və KİV nümayəndələri Sizin siyası kursunuzu hər zaman dəstəkləyirik, dövlətimizin inkişafı üçün gördüyünüz bütün işlərdə yanındayıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB