Çünki dövlətimiz xalqla çiyin-çiyinə növbəti sınaqdan da üzüağ çıxdı. Bu cəmiyyət ölkədə sabitliyin pozulmasına, iğtişaşlar törədilməsinə heç zaman yol verməməlidir və verməyəcək. Aramızda radikallara, anarxistlərə yer olmamalıdır. Hər birimiz Prezidentimizin ətrafında sıx birləşməliyik. İmkan verməməliyik ki, bu birliyi hansısa qüvvə sarsıtmağa cəhd göstərsin. Bəli, bu gün bu uğurlu nailiyyətlərdən qaşınmaya düşən "sapı özümüzdən olan baltalar"ın sapı onsuz da çürükdür. Və bu çürük saplı “baltalar” hətta öz əzizlərini belə tapdalayaraq "işlək mexanizm alətinə" çevriliblər. İşlədildikdən sonra zibilliklərə atılırlar. Elə də Avropada ömür sürdüyü troqlodit düşüncəlilər kimilər….
Avropada ömür sürdüyü troqlodit düşüncəlilər…
Avropa ölkələrində ömür sürən, daha doğrusu, ömür sürdüyü troqlodit düşüncəlilərə gəldikdə isə, onların hamısı biçarələrdir, bədbəxtlərdir. Qeyri-adekvat Mirzəli, Piriyev, Ceffri Məmmədov, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və ilaxırlaradək. Bu adamların yeganə, əsas və ümdə məqsədləri “qrant layihəsi udmaq”dır. Bu adamlar ermənilərdən də betərdir, çünki "mühacirət statistikası" baxımından Azərbaycanı qat-qat üstələyən, iqtisadiyyatı iflic, siyasəti zəlil durumda olan Ermənistanın xarici ölkələrdəki səfirləri qarşısında nə onların Orduxanı primitiv “etiraz aksiyası” adlı şou düzənləyir, nə Vidadi İsgəndərlinin bənzəri siyasəti küçə söyüşlərinin məcmusu kimi anlayaraq danışır, nə Sevinc Osmanqızı və ya Piriyev kimi primitiv subyektlərin analoqları ağızlarını qrant yoluna qoyub hərzələmirlər. Ancaq bu "siyasi mühacirlər” ayrı məxluqatlardır. Əllərində zövqsüz və orfoqrafiya səhvləri ilə dolu plakatlar tutub yürüyürlər Azərbaycan səfirliklərinin qarşısına, qışqırırlar, qiyyə çəkirlər, hırıldayırlar, söyürlər, sonra da bu sarsaqlığın videosunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Dava Vətən, demokratiya, insan haqları uğrunda yox, Azərbaycanı hədəfə almış təşkilatlardan sədəqə qismində qrant əldə etmək, “oturum” almaq, pul qazanmaqdır. Bax, budur, xəyanət, əxlaqsızlıq, satqınlıq. Ən dəhşətlisi isə, ən əziz adamın olan atanın faşist xislətli ermənilər tərəfindən öldürüldüyünü billə-bilə erməni terrorçularının müdafiəsinə qalxasan.
Sevinc Osmanqızı ermənilərə niyə dəstək olur?
Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda özünü «azərbaycanlı jurnalist” qoyan Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. İlk öncə onun özünü «azərbaycanlı jurnalist» kimi təqdim etməsi əleyhinəyəm. Haqqı yoxdur, bu adla çıxış etməyə! Baxın, bu əxlaqsız və namərd satqın Osmanqızı soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı "sivil" mübarizə aparmağa çağırış edərək, sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb. İddia edib ki, guya bu gün "sivil" qarşıdurmanı pozan Azərbaycan tərəfidir: «Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bu satqın , mənəviyyatsız S.Osmanqızı üzərində “ASALA” terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları "görmürmü”? Onun ardınca "Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” deməsini eşitdikdə isə, daha sözüm bitmir. Bəli bitmir, çünki bütün mənliyini, ailəsini, vətənini, dövdətini, xalqını satan S.Osmanqızıya söz axtarışına çıxaraq ən «layiq olduğu” sözü axtardım tapa bilmədim. Çünki bütün “layiq olduğu sözlərin» hamısı deyilib. Bütün bunlar bir yana, Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da "yaddan çıxarıb”. Bu yerdə amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında dediyi fikir yadıma düşdü: “Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”. Yəni bu xəyantəkarlar cinsindən asılı olmayaraq, şərəfsiz və mənəviyyatsızlardır ki, idarə olunurlar, mənliklərini qrantlara satırlar. Sevinc Osmanqızı kimilər də kimliklərini itirmişlərdir. Və görünür belə kimliyini itirmiş olan S.Osmanqızı üçün atasının ruhu o qədər dəyərsizdir ki, ermənipərəst mövqedən çıxış etməzdi. Və ermənilərin tərəfindən çıxış edərək azərbaycanlıların birlik aksiyasını aşağılamaqla bir daha Vətən satqını kimi xalqın nifrətini qazanmaqla öz iblis xislətini bir daha nümayiş etdirməkdən zövq alır. Amma Azərbaycan xalqı bu satqınlığı heç vaxt bağışlamayacaq. Çünki Azərbaycan güclü dövlət olduğu kimi, gücülü də qanunları var.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da bildirib ki, 14-15 iyulda təxribat törədənlər qanun qarşısında cavab verəcəklər: "Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.
Sonda Ulu Öndər Heydər Əliyevin zamanında dediyi gözəl bir kəlam var: “Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir”. Göründüyü kimi, bəli, xalqının malına göz dikib, oğurluq edən şəxs xəyanətkardır. Ona görə də tarixin bütün dönəmində xəyanət və satqınlıq bağışlanmaz cinayət olub. Ələlxüsus da bu xəyanət və satqınlıq xalqına, dövlətinə və Vətənə qarşı ola. Xəyanət edən heç bir şəxsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Xüsusilə də bu xəyanət və satqınlıq dövlətə, xalqa, dövlətçiliyə, insanların rifahı və təhlükəsizliyinə qarşı çevrilirsə, belə əməllər və onun icraçıları nəinki ifşa olunmalı, hətta vaxtında layiqli ictimai cavabla qarşılaşmalıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB