"İnformasiya müharibəsində döyüşməyə hazır olmalıyıq" ÖZƏL - AÇIQLAMA

"İnformasiya müharibəsində döyüşməyə hazır olmalıyıq" ÖZƏL - AÇIQLAMA

"Gənclər və bütövlükdə bütün Azərbaycan vətəndaşları necə ki, bu gün orduda döyüşməyə hazırdır, eyni zamanda informasiya müharibəsində də biz döyüşməyə hazır olmalı və qalib gəlməliyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Aydın Hüseynov Azərbaycan və Ermənistan arasındakı münaqişədə, xüsusilə də, son dövrün Tovuz hadisələrində ermənilərin dezinformasiya yayma siyasətindən danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan artıq illərdir ki, dünyanın müxtəlif ölkələrində özünə yer edərək kök salıb: "Sovet dövründən bəri errmənilər xaricidə kök salaraq türk xalqlarına, Azərbaycan və Türkiyəyə qarşı böhtan atmaq, terror törətmək və bu kimi digər anti-təbliğatları həyata keçirməklə öz başlıca məqsədlərini müəyyənləşdiriblər. Onlar bu illər ərzində öz niyyətlərini açıq şəkildə ortaya qoyublar. Bu artıq 100 ildir ki, belədir. ASALA kimi terror təşkilatı olan ermənilər faşizm ideologiyasını özlərinə əsas fəaliyyət proqramı kimi seçiblər və indi fəaliyyətlərini daha da genişləndiriblər. Bununla belə son dövrlər Azərbaycan diplomatiyasının böyük nailiyyətləri, Prezident İlham Əliyevin prinsipial mövqeyi, ölkə rəhbərinin Azərbaycan həqiqətlərini ən yüksək tribunalarda səsləndirməsi və bütün dünyaya çatdırması və s. bu sahədə gördüyü böyük işlər erməni mifini və yalanlarını alt-üst edib".

Millət vəkili vurğulayıb ki, bununla belə xaricidə kök salmış ermənilər yenə də öz məkrli əməllərini davam etdirir, özlərinin qarayaxma, şər, böhtan, saxtakarlıq kampaniyaları ilə məşğul olurlar: "Bu gün dünyada orduların müharibəsi ilə yanaşı informasiya müharibəsi də aparılır. Azərbaycanın bu istiqamətdə imkanları genişdir. Azərbaycan dünyanın hər bir yerində tanınır. Ölkəmizin dünyanın hər bir yerində diaspora təşkilatları var. Biz də bütün internet resurslarımızdan istifadə edərək, həm media nümayəndələrimiz, həm ayrı-ayrı vətəndaşlarımız ilə birgə bu dezinformasiyalara qarşı mübarizə apara bilərik. Necə ki, "Xocalıya Ədalət" devizi altında Leyla xanım Əliyeva gördüyü böyük işlər hamımıza məlumdur. Biz də öz təbliğatımızı genişləndirməliyik. Biz öz sözümüzü deməliyik. Xüsusilə də, gənclər və bütövlükdə bütün Azərbaycan vətəndaşları necə ki, bu gün orduda döyüşməyə hazırdır, eyni zamanda informasiya müharibəsində də biz döyüşməyə hazır olmalı və qalib gəlməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə