Röya və Sevdanın araları niyə dəydi?

Röya və Sevdanın araları niyə dəydi?

Populyar müğənni Röya son açıqlamalarında bəzi həmkarlarından incikliyini ifadə edərək bundan sonra heç kimi dəstəkləməyəcəyini bəyan edib. SİA Milli.Az xəbər portalına istinadən bildirir ki, Röya ad açıqlamasa da, söhbətin Sevda Yəhyayevadan getdiyi məlumdur. Qeyd edək ki, Sevdanın solo konsertində Röya onunla bir səhnəni paylaşaraq duet ifa edib. Sevda Röyanin Zamiqlə bölgələrə olan turne konsertlərinin birinə də qatılıb. Bir çox tədbir və mərasimlərdə həmkarlar kamera qarşısında birgə boy göstəriblər. Sevdanın son təqdimat mərasiminə də qatılan Röya onu dəstəklədiyini ifadə edib.

O ki qaldı münasibətlərin pozulmasına, əldə etdiyimiz məlumata görə, mərasimlərin birində Sevdanın davranışı və Röyaya olan münasibəti ikincinin ürəyincə olmayıb, daha doğrusu, özünə qarşı hörmətsizlik kimi dəyərləndirib. Və açıqlamalarında konkret ad çəkməsə də, dəqiq ünvan göstərib. Ünvanına səslənən bütün fikirləri dinləməklə kifayətlənmək istəyən Sevda susqunluğunu pozdu. Müğənni münasibətlərin bitdiyini etiraf etdi:


- Bilirsiniz, mən bu haqda danışmaq fikrində deyiləm. Heç bir şey açıqlamaq istəmirəm.


- Bu haqda məlumatlar artıq müzakirə olunmaqdadı. Yəqin ki əvvəl-axır açıqlama verməlisiniz.


- Ümumiyyətlə, mənim fikrimi öyrənmək istəyirsinizsə, mən bu haqda heç bir şey demək istəmirəm. İnanın, heç nədən xəbərim yoxdu, söz-söhbətlərdən bixəbərəm.


- Bundan sonra bir arada, bir klipdə görunəcəksiniz? (Sevda Röyanın klipində onun tərəf müqabili rolunda çəkilməli idi, - red.)


- Bundan sonra hərə öz işində olacaq. Allah hamının yolunu açıq eləsin. Hərə öz işi ilə məşğul olacaq - necə ki, mən həmişə məşğul olmuşam öz işimlə. Bundan sonra da belə olacaq. Qaldı ki söz-söhbətə - bu haqda danışmamışam, danışmıram və danışmayacağam.

Bütün xəbərlər Facebook səhifəmizdə