Qəddafi ordusu Misrata limanını tutub

Qəddafi ordusu Misrata limanını tutub

Misrata limanı hökumət qüvvələrinin nəzarətinə keçib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Liviya xarici işlər nazirinin müavini Xalid Kaimin deyib. Onun sözlərinə görə, üsyançı dəstələr hər tərəfdən mühasirəyə alınıb. Diplomat həmçinin deyib ki, şəhəri qoruyan 500-dən yuxarı adam polkovnik Müəmmər Qəddafinin təslim olmaq barədə çağırışına müsbət cavab verib.

Nazir müavinin həmin şəxslərin əfv ediləcəyini deyib. Lakin "17 fevral inqilabı" silahlı qruplaşmanın rəhbərliyi hələlik bu məlumatı təsdiqləməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə