Erməni əsgəri Azərbaycan snayperinin gülləsi ilə öldü Ermənistanın Müdafiə Nazirliyi
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Aşot Qeoqieviç Mikaelyan döyüş mövqeyində Azərbaycan tərəfdən açılan bir snayper atəşi nəticəsində ölümcül yaralanıb və ölüb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi informasiya yayıb.
İnformasiyada o da qeyd olunur ki, ölən Mikaelyan müqavilə ilə xidmətdə imiş.
"Aşot Mikaelyan, sərhəddi qorumaq üçün sərhəddə idi. O, mövqeyi itirməmək üçün orada olub”, deyə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB