Netanyahu “Fəth”lə “Həmas”ın barışıq müqaviləsini “terrorizmin qələbəsi” adlandırıb
İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin "Fəth" və "Həmas" təşkilatları arasında Qahirədə imzalanmış barışıq razılaşmasını "terrorizmin qələbəsi" adlandırıb. SİA-nın məlumatına görə, bu barədə xəbər İsrailin "The Jerusalem Post" qəzetində yer alıb. "Qahirədə bu gün baş verən hadisə dəhşətli zərbə və terrorizmin böyk qələbəsidir. Mahmud Abbas İsrailə böyük ziyan vermiş və bizim şəhərlərimizə raketlə hücum etmiş təşkilatı qəbul edir. Bu sülh prosesində böyük bir geriləmə və terror üçün irəliləyişdir",- deyə baş nazir bildirib.
Netanyahu qeyd edib ki, İsrail öz qonşuları ilə sülhün əldə olunmasına çalışır: "Terror törətmiş, bizi məhv etmək istəyən simalar bizim tərəfdaşımız ola bilməzlər".
Qeyd edək ki, bu gün səhər Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbas və "Həmas" təşkilatının siyasi bürosunun rəhbəri Xaled Maşaal Qahirədə barışıq müqaviləsi imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB