Los Anceles Polis Departamenti azərbaycanlılarla bağlı istintaq sənədi yayımladı FOTO

Los Anceles Polis Departamenti azərbaycanlılarla bağlı istintaq sənədi yayımladı FOTO

Los Anceles Polis Departamenti şəhərdə dinc azərbaycanlı aksiyaçılara qarşı ermənilərin törətdiyi hücumla bağlı məsələnin araşdırıldığına dair istintaq məlumatı yayıb. SİA Los Anceles Polis Departamentinə istinadən xəbər verir ki, departamentin bölmə əməliyyatçıları araşdrıma zamanı etiraz nümayişləri əsnasında 3 nifrət zəminli fiziki güc tətbiq olunan cinayət hadisəsinin meydana gəldiyini açıqlayıb.

İstintaq sənədində ermənilərin sayı 500 nəfərdən artıq, azərbaycanlı nümayişçilərin isə 30-50 nəfərdən ibarət olduğu qeyd edilib. Etiraz əsnasında iki qarşı tərəf arasında münaqişənin hiddətləndiyi və nəticədə fiziki mübahisənin baş verdiyi bildirilib.

Nəticədə üç zərər çəkmiş azərbaycanlının polisə müraciəti əsasında nifrət zəminində baş verən cinayət aktının araşdırılmasına başlanılıb. Bu, üç nəfərin mübahisə zamanı həyati təhlükəsi olmayan xəsarətlər aldığı və müalicə üçün Los Anceles xəstəxanasına yerləşdirildiyi qeyd edilib.

Bu cinayət aktı ilə bağlı məlumatı olan hər kəsin Qərbi Los Ancelesin müvafiq bürosunun (310) 444-1531 nömrəli əlaqə telefonuna müraciət etməsi xahiş edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə