Postsovet Tədqiqatlar Mərkəzinin direktoru: “İndi Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü, inkişaf etmiş bir dövlətidir"
"Bakı ağıllı, gözəl və istedadlı insanların ölkəsidir. Hər dəfə bura gələndə görürəm ki, burada tələbələr ağıllı, mehriban, gözəldir və professor-müəllim heyəti də tələbələrə dostcasına münasibət bəsləyir. Universitetdə belə bir mühitin yaranmasında rəhbərilik və müəllim heyətindən çox şey asılıdır". SİA-nın xəbərinə görə, bu barədə Postsovet Tədqiqatlar Mərkəzinin direktoru, Moskva Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Stanislav Çernyavski deyib. O bildirib ki, Moskva Dövlət Universitetində də Azərbaycan dili tədris olunur.
Onun sözlərinə görə, universitetdə həmçinin Azərbaycan klubu fəaliyyət göstərir ki, o da digər ölkələrin klubları ilə mehriban münasibətlər saxlayır. O vurğulayıb ki, universitetdə Azərbaycan dilini gənc mütəxəssislər deyir. İndi Azərbaycanın Cənubi Qafqaz regionunun ən güclü, inkişaf etmiş bir dövləti olduğunu deyən direktorun fikrincə, bunların sayəsində dövlətə müxtəlif ölkələr tərəfindən hər zaman xüsusi maraq var.
"Azərbaycan klubu artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Azərbaycana birinci dəfə deyil ki, gəlirəm. Ötən illərlə indiki dövrü müqayisə etmək demək olar ki, mümkün deyil. İndi Bakı Avropanın inkişaf etmiş paytaxtıdır", - əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB