Yaxud Cəmilə Həsənlini daşnaklarla və Cim Makqovern ilə nə bağlayir?
Qərb ölkələrində oturub, erməni dəyirmanına su tökən sapı özümüzdən olan baltaların bilavasitə erməni lobbisi və lobbinin təsiri altında fəaliyyət göstərən şəxslərlə əlbir olmaları barədə faktlar kifayət qədərdir. O cümlədən, əgərə nəzərə alarsaq ki, anti-Azərbaycan xarakterli fikirləri ilə çıxış edənlərin əksəriyyəti, məhz erməni lobbisinin təlimatları əsasında hərəkətə keçir, hətta ümummilli məsələlərdə kənarda qalmağı üstün tuturlar. Əgər bu gün Qənimət Zahid, Sevinc Osmanqızı və başqaları erməni vandallarının vəhşiliklərinə göz yumur, etirazlı münasibət bəsləmirlərsə, artıq hər şey gün kimi üzə çıxmağa başlayır. Xüsusilə, AXCP sədri Əli Kərimlinin siyasi kuklası rolunu almış Cəmil Həsənlinin ABŞ-da oturub, ermənilərə güldən ağır söz işlətməməsi də bəzi məsələləri agah edir. Əslində, faktlar kifayət qədərdir və onların hər biri onların ifşasını artıqlaması ilə təmin edir. Ancaq biz bu faktları tez-tez ictimai rəyin diqqətinə çatdırmalıyıq və məlum etməliyik ki, bu gün "ulu millət" deyə bağıran "Milli Şura" və AXCP başbilənləri bu sözü azərbaycanlılara deyil, məhz ermənilərə xitab edirlərmiş!
Bu arada, YAP-ın gənc fəalı Anar Şahmuradov “Milli Şura”nın və Cəmil Həsənlinin erməni lobbisi, daşnaksütyunçularla əlaqələrini ifşa edən status paylaşıb. SİA maraqlı araşdırmanı oxucularının diqqətinə təqdim edir.
Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, “Azadlıq” qəzeti və AXCP trollarının son üç gündə “Çevir tatı, vur tatı” sanki təlaş qoparacaq tərzdə “ABŞ Konqresi Azərbaycana təzyiqləri artıracaq” başlıqlı statusları diqqətimi çəkdi. Bu anti-milli ünsürlər, əslində okeanın o tayında Azərbaycanın xeyrinə çıxarılan bir qərarı - ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi qəbul etməsini kölgədə qoya bilmək üçün belə əldən-ayaqdan gedirmişlər.
Bəli, bu, onların ilk cəhdləri deyil. Bu adamlar fəaliyyətlərini bu istiqamətdə - Azərbaycan həqiqətlərinə kölgə sala və erməni dəyirmanına su tökə bilmək istiqamətində qurublar. Qeyd etdiklərimi apardığım kiçik araşdırma nəticəsində üzə çıxan faktlar da özlüyündə təsdiq edir.
Cəmil Həsənli Azərbaycan əleyhinə bir palazlıq həcmdə donosu həmin şəxsə çatdırmasından sanki qəhrəmanlıq etmiş kimi danışır
Deməli, özünü “Milli Şura”nın sədri adlandıran, ABŞ-da “itgin gəlin” taleyi yaşayan Cəmil Həsənli son statuslarının birində yazır: “Konqresmen Cim Makqovernlə (Jim McGovern) ötən ilin sonlarında Konqressdə tanış olmuşduq”. Bu cümlə ilə başlayan statusunda Cəmil Həsənli Azərbaycan əleyhinə bir palazlıq həcmdə donosu həmin şəxsə çatdırmasından sanki qəhrəmanlıq etmiş kimi danışır. Statusda həmin şəxsin adının qeyd olunması, əslində, araşdırma aparmaq üçün bir ipucu və ya açar sözüdür ki, baş verənlərdən hali ola biləsən.
Cim Makqovern! ABŞ konqresmeni olan şəxsin kimliyinə və fəaliyyət istiqamətinə diqqət edək. Konqresmen Cim Makqovern Armenian Assembly of America qurumunun tərkibində 1995-ci ildən təsis edilən Qafqazda Erməni Məsələləri Konqresinin üzvüdür. (Qurumun rəsmi saytından çıxarış).
Bundan əlavə Cim Makqovern “Daşnaksütyun” təşkilatına məxsus olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) üzvü, daha doğrusu əsas simalarındandır. Cim Makqovernin ANCA-nın rəsmi internet saytında yerləşdirilən bioqrafiyası haqqında məlumatlara nəzər saldıqda isə, onun etnik mənsubiyyətinin “qafqazlı” yazılması diqqət çəkir. (ANCA-nın rəsmi saytından çıxarış).
Cəmil Həsənlinin mutasiyaya uğrayıb ən yaxşı halda Jimil McHasanli olması şübhə yaratmır
Olsun ki, erməni əsilli olan bu şəxsi ANCA müəyyən məsələləri pərdələmək üçün “Qafqaz əsilli” təqdim etməyi məsləhət bilir. Fəaliyyətinin əsas mərkəzində erməniləri himayə etmək dayanan bu şəxs Ermənistan mətbuatının əsas istinad nöqtələrindən biridir. Cəmil Həsənli sözügedən statusunda bu şəxslə ötən ilin sonlarında tanış olduğunu yazır və Cim Makqovern elə həmin ərəfələrdə erməni saytlarında daha populyar olub. (Erməni saytlarından çıxarış)
“Erməni genosidi”nin dünyada tanınmasını insan haqlarının vacib perspektivi” hesab edən bu şəxslə Cəmil Həsənlinin əlaqələrinin və tanışlığının olması məsələnin digər maraqlı tərəfidir. Cəmil Həsənli Milli Şura adlı qurumun sədridir və özünü müxalifət adlandıran radikallar – Əli Kərimli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqız kimiləri məhz bu şəxsi özləri üçün “ağsaqqal” hesab edirlər.
O “ağsaqqal” ki, onun saqqalı erməni lobbisinin əsas simalarından olan Cim Makqovern kimilərinin əlindədir. “Ağsaqqal” özünü yaxşı aparmasa, saqqalını yonarlar. Buna görə də Cəmil Cimə donos, Cim isə Cəmilə qrant, üstündə də paylaşmaq üçün “bəyanat verir”.
Cəmil Həsənlinin Azərbaycana, dövlətə, dövlət başçısına qarşı bu qədər niyə aqressiv olmasını bu faktları bildikdən sonra başa düşmək elə də çətin deyil. Erməni aqressiyalı Cəmil Həsənlinin mutasiyaya uğrayıb ən yaxşı halda Jimil McHasanli olması şübhə yaratmır. Hər halda “xidməti” bəlli, köçüb getdiyi məkan və oturub-durduqlarının kimliyi bəlli. Yəqin ki, dediklərimlə nələrisə anlada bildim. Qaldı yazının başlığını anlamaq. Elə isə qayıdın, statusun başlığını 2 dəfə oxuyun və hər dəfə də başqa-başqa mənalarda anlayın!
P.S. Sözügedən statusunda Cəmil Həsənli Arif Yunusu da tag etməyi unutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB