"Milli Şura"nın deyilən qondarma qurum, artıq dedi-qodu, qeybət xarakterli müzakirələrin keçirildiyi quruma çevrilib. "Şura"nın növbəti videokonfransında Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Məmməd Rahim və digərləri Mehman Əliyevi təhqir etdilər, onu İlqar Məmmədovun yerişini yeriməkdə günahlandırdılar və Natiq Cəfərlini ittiham hədəfinə çevrildi. Bütün bunlar qurumda təmsil olunan şəxslərin son dərəcə səviyyəsiz və əxlaqdan kənar ünsür olduğunu göstərir. Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, "Milli Şura"nın videokonfranslarının keçirilməsi yaxşı haldır: "Yəni xalq bu insanların şəxsiyyətinə, danışdıqları sözə qiymət verir. Getdikcə bu videokonfranslar qədər onların imicinə zərbə vuran yoxdur. Təsadüfü deyil ki, bir necə üzvü qurumu tərk etdi, bir necə şura üzləri ümumiyyətlə videokonfranslarda iştirak etməyir. Demək olar ki, getdikcə "Milli Şura"dakılar özləri-özlərini təhqir edirlər. "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev və Natiq Cəfərli kimi savadlı insanlar öz sözlərində deyirlər, söyüş söymürlər, konstruktiv yanaşmalar sərgiləyirlər, ağıllı davranırlar, təbii ki, bu radikalların xoşuna gəlmir. Çünki artıq "Milli Şura" öz simasını söyüşkən halda formalaşdırıb. Bunlar Azərbaycanın neftin qiymətinin aşağı düşməsinə sevinclərini ifadə edilər, adicə şər atmaqla məşğul olduqlarını ifadə edilər. Belə olan təqdirdə, təbii ki, "Milli Şura" doğurdan da dedi-qodu məkanına çevrilib. Demək olar ki, bunlar sosial bazalarını itiriblər".
T.Kərimli bildirdi ki, "Milli Şura" AXCP-nin yanında məşvərət şurası funksiyasını daşıyır: "Ancaq artıq necə ki, AXCP-nin özü böyük AXC hərəkatının qalığıdır. Belə bir misal var qaz, durna yerişini yerimək istəyirdi öz yerişində itirdi. Yəni özünü milli hərəkat kimi aparmaq istəyirdi, onun varisi kimi aparmaq istəyirdi, ancaq olan-qalanını gündən-günə itirməkdədir. "Milli Şura" da yaranışdan hamı bunu Rusiyanın layihəsi kimi başa düşdü, birinci elə buran öz müttəfiqləri Müsavat tərk etdi. Artıq insanlar arasında "Milli Şura" gülüş hədəfinə çevrilir. Ona görə də, hesab edirəm ki, müxalifət əslində özlərinin şəxsiyyətindən, bir-birlərinə acığından, bir-birinə nifrətindən doğan bu kimi hallar ortaya çıxdıqda xalq daha da dərindən bunların iç üzünə bələd olur. Demək olar ki, "Milli Şura" adicə diskursiya klubuna çevrilib və heç bir siyasi baş rolunu oynamır, yəni beyin mərkəzi rolunu oynaya bilmir. Ona görə də, bax bu dedi-qodu şurasına çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB