Sosial məsələlər prezident İlham Əliyevin əsas fəaliyyət prinsipidir - MÖVQE ÖZƏL

Sosial məsələlər prezident İlham Əliyevin əsas fəaliyyət prinsipidir - MÖVQE ÖZƏL

"Tovuzda baş verən təxribatlar zamanı əhaliyə və dövlət mülkünə dəymiş zərərin dövlət tərəfində qarşılanması üçün cənab Prezidentimiz tərəfindən sərəncamın verilməsi göstərir ki, həqiqətən də prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşına diqqətlə yanaşır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, hər bir azərbaycanlının problemlərinin həlli istiqamətində böyük işlər görülür: "Prezident mütəmadi tapşırıqlar verir, dövlət proqramları qəbul edilir. Müəyyən situasiyalarda biz həmişə gördük ki, cənab Prezident vətəndaşının yanındadır. Təbii fəlakətlər baş verdikdə- Ağsuda, Şamaxıda, Zaqatalada və s. misal göstərmək olar. Vətəndaş hər hansı sıxıntılı bir məqamda olanda birbaşa Prezident və Vitse-prezidentimizin vətəndaşın yanında olmasının dəfələrlə şahidi olmuşuq. Bu onu göstərir ki, sosial məsələlər prezident İlham Əliyevin əsas fəaliyyət prinsipidir".

A.Hüseynov bildirib ki, cəbhə bölgəsində əhaliyə dəyən ziyanın ödənilməsi vətəndaşa göstərilən diqqətin göstəricisidir: "Bu yerdə Mərcanlı kəndini misal gətirmək yerinə düşər. Mərcanlı kəndi tamamilə dağılmışdı, ermənilər o kəndi viran etmişdilər. O viran edilmiş yerdə cənab Prezidentimizin göstərişilə şəhər salındı. İndi də, əhaliyə Tovuz rayonunun Ağdam kəndi və ətraf kəndlərdə əhaliyə dəyən ziyanla bağlı tapşırıqlar verilib və bu işlər yüksək səviyyədə həyata keçirilib. Söhbət ondan ibarətdir ki, vətəndaş Prezidentinə inanır və Prezidentinin ətrafında sıx birləşir. Eyni zamanda cəbhə bölgəsində bu kimi tədbirlərin həyata keçirilməsi oradakı insaları torpağına bağlayır. Sərhəd bölgəsində yaşayan insanlar biləndə ki, onların arxasında onların Prezidenti var, daha ürəkli olurlar. Öz yurduna, öz torpağına bir daha bağlanır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə