Yaqub Mahmudov: “Bəzi məsələləri ermənilər o qədər saxtalaşdırıb ki, özümüzdən asılı olmayaraq səhvlərə yol veririk”

Yaqub Mahmudov: “Bəzi məsələləri ermənilər o qədər saxtalaşdırıb ki, özümüzdən asılı olmayaraq səhvlərə yol veririk”
"Bu gün çox böyük tarixi ayrı-seçkilik prosesinin içərisindəyik". SİA-nın xəbərinə görə, bu barədə AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O bildirib ki, bizim bu məsələlərdə ancaq bir əlacımız Azərbaycan xalqıdır. Onun fikrincə, Azərbaycan xalqı prezidentin ətrafında sıx birləşərək öz torpağını qaytarmalıdır. Y.Mahmudov vurğulayıb ki, müvəqqəti dövr üçün ölkədaxili hər bir mübarizəni kənara qoyub, erməniyə qarşı birləşərək məsələlərimizi həll etməliyik.

"Məsələmizi, problemimizi həll edəndən sonra daxildə hansısa prosesləri həyata keçirmək olar. Çatışmayan bir çox cəhətlərimiz var. Bəzi məsələləri ermənilər o qədər saxtalaşdırıb ki, bütün elmi ədəbiyyatları nə qədər təmizləməyə çalışsaq da özümüzdən asılı olmayaraq səhvlərə yol veririk. Bu və ya digər məsələrdə çox ayıq olmalıyıq. Bu məsələlərdə bəzi çatışmazlıqlaırmız var. Elə məsələlər var ki, biz onlara yol verməməliyik. Məsələn, Şuşa 250 il bundan qabaq şəhər kimi salınmayıb. Azərbaycanın ən qədim mədəniyyətinin ən qədim mərkəzidir. 250 il bundan əvvəl qədim Azərbaycan yaşayış məskəninin yerində yaranan, salınan Şuşa qalasıdır. Belə səhvlər edərək, tarixi səhvləri qısaldaraq hara gedirik? Ona görə də düşmənlərimizə qarşı mübarizədə ayıq-sayıq olmaq lazımdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə