"Ermənilər daim azərbaycanlılara qarşı nifrət bəsləyiblər" ÖZƏL-ŞƏRH

"Ermənilər daim azərbaycanlılara qarşı nifrət bəsləyiblər" ÖZƏL-ŞƏRH

"Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Biz Ermənistanın iç üzünü yaxşı bilirik. Dünyanın harasında və hansı əsrdə yaşamalarından asılı olmayaraq ermənilər daim azərbaycanlılara qarşı nifrət bəsləyirlər. Onların azərbaycanlılara və türklərə qarşı bəslədikləri nifrət Yer kürəsindəki coğrafiyadan asılı olmayaraq özünü göstərməkdədir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

"Baxmayaraq ki, bugünkü Ermənistan Azərbaycan torpaqları üzərində qurulub, təkcə 20-ci əsr ərzində ermənilər bir neçə dəfə azərbaycanlılara qarşı soyqırımı və qətliamlar törədiblər. Dağlıq Qarabağı işğal edib orada oturublar. İşğalçı Ermənistanın silahlı qüvvələri ötən həftə yenə də Azərbaycana hücum edərək Tovuzda təxribat törətdilər. Onlar yenə də sakitləşmir və hətta dünyanın başqa ölkələrindəki dinc azərbaycanlılara qarşı da öz aqressiyalarını göstərirlər. Bu faktlar bir daha göstərir ki, ermənilər pataloji olaraq azərbaycanlıları qəbul etmək istəmir və eyni zamanda, necə vəhşi və terrorçu olduqlarını isbatlamış olurlar. Biz bu kadrları, ermənilərin azərbaycanlı aksiyaçılara qarşı törətdikləri bu faktiki terror davranışlarını həmin ölkələrdəki hüquq-mühafizə orqanları və onların səfirlikləri qarşısında qaldırmalıyıq.

Təbii ki, baş verənlər bir daha onu sübut edir ki, bu işğalçı ölkənin Azərbaycana hücumu heç cür Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil. Bu, Ermənistanın Azərbaycana qarşı münaqişəsidir, onların ölkəmizə qarşı işğalçı mövqeyidir. Bu siyasət təkcə səngərdə və Cənubi Qafqazda bitmir. Bu, eyni zamanda, informasiya müharibəsi zəminində və diaspor sahəsində də baş qaldırır. Ona görə də ötən həftədən bu günə qədər davam edən hadisələr bir daha onu göstərir ki, Azərbaycanın xaricdəki səfirlikləri, Azərbaycan XİN, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki diaspor təşkilatları sistemli şəkildə erməni yalanlarına və ümumiyyətlə, ermənilərə qarşı mübarizə aparmalıdırlar. Bu sistemli şəkildə iş təbii ki, vahid bir strategiya əsasında fəaliyyəti özündə ehtiva etməlidir. Burada söhbət xaricdəki yaşayan azərbaycanlıların inteqrasiyasından və həmrəy şəkildə düşmənə qarşı mübarizəsindən gedir. Sonda qeyd edim ki, Tovuz hadisələrindən sonra dünyanın hər yerində azərbaycanlıların ayağa qalxması, onların dövlətimizlə həmrəylik nümayiş etdirmələri bir daha onu göstərdi ki, həmvətənlərimiz dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycan dövlətinin yanındadır, Dağlıq Qarabağın azad olunması əzmindədirlər. Hətta biz Los-Anceles hadisələrinin timsalında gördük ki, orada 70 nəfərə yaxın olan azərbaycanlı sayı 3 minə qədər olan ermənidən qorxmadı. Azərbaycanlıların bəzi yerlərdə azsaylı olmasına baxmayaraq onlar çəkinmədən yüksək hünər nümayiş etdirərək ermənilərə qarşı mübarizə apardılar.”

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə