Rusiya Xəzər dənizinin milli sektorlara bölünməsi məsələsinə münasibət bildirib

Rusiya Xəzər dənizinin milli sektorlara bölünməsi məsələsinə münasibət bildirib

Rusiya Xəzər dənizinin milli sektorlara bölünməsinə qarşıdır. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya baş nazirinin müavini Sergey İvanov hökumət yanında Dəniz Kollegiyasının iclasında deyib. Xəzər dənizi akvatoriyasının sahilyanı dövlətlər arasında bölünməsinin əleyhinə olan Sergey İvanov ölkəsinin mövqeyinin dəyişməz olduğunu təsdiqləyib.

 

Baş nazirin müavini qeyd edib ki, Rusiya Xəzərin resurslarının ayrı-ayrı növlərinin, məsələn, su bioresurslarının bölünməz olduğuna əmindir və bütün Xəzəryanı dövlətlər tərəfindən onların qorunub saxlanması üzrə razılaşdırılmış siyasətin yürüdülməsini tələb edir.

 

O, xatırladıb ki, Rusiya Qazaxıstan və Azərbaycanla müvafiq saziş imzalamaqla Xəzər dənizinin dibinin delimitasiyası probleminin həllinə nail olub. RF hökuməti rəhbərinin müavini bildirib ki, bu işi inadla davam etdirmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə