“Milli Şura” bir insanın maraqları üzərində qurulmuş oyuncaq təşkilatdır RƏY-ÖZƏL
“Milli Şura”nın növbəti videokonfransında Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Məmməd Rahim və digərləri Mehman Əliyevi təhqir etdilər, onu İlqar Məmmədovun yerişini yeriməkdə günahlandırdılar və Natiq Cəfərlini ittiham hədəfinə çevrildilər. Bütün bunlar qurumda təmsil olunan şəxslərin son dərəcə səviyyəsiz və əxlaqdan kənar ünsür olduğunu göstərir. AGAAMC-in sədri, fəlsəfə doktoru, İlqar Orucov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu qaragüruh onlarla eyni maraqlara xidmət edən insanlara belə çamur atmağa adət etmişdilər və biz bunun hər zaman “Milli Şura”nın funksionerlərinin, eyni zamanda, “Milli Şura”da təmsil olunan insanların timsalında görmüşük: “Bu da onu göstərir ki, bu insanlar üçün əqidə, məslək, mənəvi dəyərlər heç bir önəm kəsb etmir. Burada yalnız və yalnız “Milli Şura”nın rəhbərliyində təmsil olunan insanların marağı əsasdır. Bir daha bu qurumun nə qədər prespektivsiz və uğursuz bir qurum olduğunu bu fakt göstərir. Hər zaman “Milli Şura”da bu cür yanaşmalar olub. “Milli Şura” hərc-mərclik bu qurum daxilində demokratik mühütün olmamasından irəli gəlir”.
İ.Orucov bildirdi ki, “Milli Şura” deyilən qondarma qurum bir insanın istəyi, maraqları üzərində qurulmuş oyuncaq təşkilatdır: “Eyni zamanda, burada təmsil olunan insanların böyük əksəriyyəti uzun illər özlərinə müxalifət demiş, yalnız böhtanla məşğul olmuş insanlardan ibarət bir toplumdur. 30 il uğursuz müxalifətdə olmaq onu göstərir ki, bu insanlar üçün onların birgə formalaşdırdığı qurumun, əlbəttə ki, heç bir gücü, sosial dəstəyi, yəni bunlar üçün xalqın dəstəyi mümkünsüzdür, mümkün deyil. Yalnız və yalnız bunları bir maraq düşündürür, necə olursa-olsun, gündəmdə olmaq, necə olursa-olsun özünü müxalifət kimi təqdim etmək və beləliklə, onları dəstəkləyən, onlara himayədarlıq edən xarici qüvvələrin əlində alətinə çevrilmək və bunun müqabilində müəyyən maddi vəsaitlər hesabına öz təminatlarını təmin etməkdir. Bir sözlə, xalq orada təmsil olunanları çox yaxşı tanıyır. Demək olar ki, əgər bunlar bu gün bir yerdədirlərsə, sabahları bunların maraqları toqquşanda bir-birinə qarşı qatı düşmənə çevrilirlər. Bir-birlərini ən ağır formada ittiham etməkdən, təhqir etməkdən çəkinmirlər. Yəni, bunları, ancaq özlərinin şəxsi maraqları düşündürür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB